Tervel xan() 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı. Həyatı Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır. Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı.Obolenskiy, Dimitri Dimitriyeviç (1974). The Byzantine commonwealth: Eastern Europe, 500-1453, Londra. ISBN 0-297-00343-7. sf. 93 Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi.Златарски, Васил Николов (1970). История на българската държава през Средните векове. Т.1 Първо българско царство. Ч.1 Епоха на хуно-българското надмощие (679-852), С. 1918, 3 изд. sf. 243 Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır.

Bizansla münasibət 25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı. Tervel xan Leonun köməyinə çataraq ərəbləri məğlub etməyə nail oldu. 719-cu ildə II Anastasiyə kömək etməyə söz versə də, xalq tərəfindən dəstəklənmədiyini görüb əl çəkmişdi.. Toponimlər Antarktikada yerləşən Livinqston adasında Tervel təpəsi onun şərəfinə adlanmışdır. İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:Bulqarlar Kateqoriya:715-ci ildə vəfat edənlər Kateqoriya:Xristian monarxlar