Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi.

Tarixi 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cu illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun "MAZ" yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan "GƏNCƏ" və "PƏHLƏVAN" adları daşıyan ilk MAZ-lar işıq üzü görüb.

İstehsal Zavodun istehsal gücü ildə 1 700–2 000 ədəd traktor və 950–1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.thumb|220px|Gəncə Avtomobil Zavodunda yığılan UAZ-469

Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur. 2009-cu ilin aprel ayında zavodda 1000-ci traktor istehsal olundu. 2018-ci ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal edildi və həmçinin burada 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıldı.

2020-ci ildə "Gəncə Avtomobil Zavodu" Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında "Sampo-Roselew" markalı kombaynların yığımına başlayacağını bildirib.

Həmçinin bax Naxçıvan Avtomobil Zavodu AzSamand Azərmaş ASC BakAZ-3219

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1986-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Mexanika mühəndisliyi Kateqoriya:Azərbaycan zavodları

Kateqoriya:Avtobus istehsalçıları Kateqoriya:2004-cü ildə yaranan şirkətlər Kateqoriya:Azərbaycan avtomobil istehsalı müəssisələri Kateqoriya:Gəncədəki binalar və tikililər