() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
thumb|ampyroteuthis infernalis növünün Karl Çun tərəfindən 1911-ci ildə hazırlanmış elmi təsviri. Vampir kalmarı (Vampyroteuthis infernalis) — tropik və mülayim okeanlarda, əsasən dərin dəniz mühitində yaşayan kiçik başıayaqlı molyuskdur. Növ aşağı oksigenli sularda yaşamağa uyğunlaşmışdır. Bədənindəki biolüminessent orqanlar və oksigeni səmərəli istifadə edən maddələr mübadiləsi ona digər mürəkkəb orqanizmlərin yaşamasının çətin olduğu mühitlərdə həyatını davam etdirməyə imkan verir. Vampir kalmarı Vampyromorphida dəstəsinin bu günə qədər məlum olan yeganə yaşayan nümayəndəsidir və təkamül baxımından relikt qrup hesab olunur.
Adının mənşəyi və kəşfi
Vampyroteuthis cinsinin adı latınca vampyrus — “vampir” və qədim yunan dilində teuthís — “kalmar” sözlərindən yaranmışdır. Infernalis isə latınca “cəhənnəmə aid” və ya “cəhənnəmsayağı” mənasını verir. Buna baxmayaraq, vampir kalmarı qanla qidalanmır; adı onun tünd rəngi və bədəni əhatə edən örtükşəkilli qolları ilə əlaqədardır. İlk nümunələr 1898–1899-cu illərdə keçirilmiş Valdivia ekspedisiyası zamanı toplanmış və 1903-cü ildə alman zooloq Karl Çun tərəfindən təsvir edilmişdir.
Xarici görünüşü
thumb|Vampyroteuthis infernalis növünün ağız tərəfdən görünüşü; səkkiz qollu pərdəvari quruluş və qollardakı çoxsaylı cirrilər aydın görünür.
Vampir kalmarının uzunluğu təxminən 30 sm-ə qədər çata bilər. Selişəbənzər bədəni qara və ya qırmızımtıl rəngdə ola bilər. Səkkiz qolu bir-birinə dəri örtüyü ilə birləşir və qolların üzərində hissiyyat funksiyası daşıyan tikanabənzər çıxıntılar yerləşir. Gözləri bədəninə nisbətən olduqca böyükdür. Yetkin fərdlərdə mantiyanın yanlarında yerləşən iki üzgəc əsas hərəkət vasitəsidir.
Yaşayış mühiti və qidalanması
Növ əsasən tropik və subtropik okeanların 600–900 metr və daha dərin hissələrində, işığın çatmadığı və oksigenin çox az olduğu zonalarda yaşayır. Vampir kalmarı bütün həyat dövrünü oksigen minimum zonasında keçirə bilən yeganə məlum başıayaqlı hesab olunur. Qidalanmasında dəniz qarınının tərkibindəki üzvi qalıqlar, jelatinli zooplankton, xərçəngkimilər və digər orqanizmlərin qalıqları mühüm yer tutur.
Müdafiə və çoxalması
Vampir kalmarının mürəkkəb kisəsi yoxdur. Təhlükə zamanı qollarını bədəninin ətrafına bükərək özünü daha böyük göstərir və işıq saçan qollarından istifadə edir. Güclü həyəcan zamanı mavi işıq saçan selikli maddə buludu da buraxa bilər. Çoxalması yavaş gedir; dişi spermatoforu müəyyən müddət saxladıqdan sonra yumurtaları mayalandıra və onların üzərində uzun müddət kürt yata bilər.
Sinonimləri Cirroteuthis macrope Berry, 1911 Vampyroteuthis macrope(Berry, 1911) Melanoteuthis lucens Joubin, 1912 Watasella nigra Sasaki, 1920 Danateuthis schmidti Joubin, 1929 Hansenoteuthis lucens Joubin, 1929 Melanoteuthis schmidti Joubin, 1929 Melanoteuthis beebei Robson, 1929 Retroteuthis pacifica Joubin, 1929 Melanoteuthis anderseni Joubin, 1931
İstinadlar
Həmçinin bax
Kateqoriya:1903-cü ildə təsvir edilən taksonlar Kateqoriya:Kalmarlar Kateqoriya:Vampyromorphida Kateqoriya:Yaşayan qazıntılar