Səfərilər sülaləsi () — İranın cənubi-şərqində, Əfqanıstanın cənubi-qərbində yerləşən Sistanda qurulmuş, 862–1003 illər arasında fəaliyyət göstərmiş İran sülaləsi."First, the Saffarid amirs and maliks were rulers of Persian stock who for centuries championed the cause of the underdog against the might of the Abbasid caliphs." — Savory, Roger M.. "The History of the Saffarids of Sistan and the Maliks of Nimruz (247/861 to 949/1542–3)." The Journal of the American Oriental Society. 1996
Tarixi Səfərilərin mərkəzi bugünkü Əfqanıstan ərazisində yerləşən Zərənc şəhəri idi. Sülalənin tarixi haqqında çox məlumat olmasa da, Şərqi İranda misgərliklə məşğul olan Yəqub ibn Leys əs-Səffar (867–879) tərəfindən qurulmuş və adını ondan almışdır. Yəqub ibn Leys topladığı güc hesabına sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra isə müasir İran və Əfqanıstan ərazilərinin böyük hissəsini fəth etmişdir. Yəqub ibn Leys ölümündən əvvəl Tahirilərin nəzarətində olan Xorasanı ələ keçirərək onların hakimiyyətinə son qoymuş və Bağdad yaxınlıqlarına qədər irəliləmişdir.
Səfərilər dövlətinin qurucusu Yəqub ibn Leysin ölümündən sonra hakimiyyət onun qardaşı Əmr ibn Leysə (879–900) keçdi. Əmr ibn Leys 900-cü ildə Samanilər sülaləsi ilə döyüşdə məğlub oldu və Xorasanı onlara vermək məcburiyyətində qaldı. Sonrakı illərdə zəifləyən Səfəri dövlətinə 1003-cü ildə Samanilər tərəfindən son qoyuldu.
Səfəri sülaləsinin hökmdarları Yəqub ibn Leys əs-Səffar (867–879) Əmr ibn Leys (879–901) Tahir I (901–908) Leys (908–910) Məhəmməd I (910–912) Əmr II (912–913) Əhməd ibn Məhəmməd (922–963) Vəlüddövlə I Əmir Xələf Sistani (963–1003) Nəsr I (1029–1073) Bəhaüddövlə Tahir II (1073–1090) Bəhaüddövlə Xələf II (1090–1103) Tacəddin Nəsr II (1103–1164) Şəmsəddin Əhməd II (1164–1167) Tacəddin Hərb (1167–1215) Şəmsəddin Bəhramşah (1215–1221) Tacəddin Nəsr III (1221) Rüknəddin Əbu Mənsur (1221–1222) Şəhabəddin Mahmud I (1222–1225) Əli I (1225–1229) Şəmsəddin Əli II (1229–1254) Nəsrəddin (1254–1328) Nüsrəddin (1328–1331) Qütbəddin Məhəmməd II (1331–1346) Tafduddin I (1346–1350) Mahmud II (1350–1362) İzzəddin (1362–1382) Qütbəddin I (1382–1386) Tacəddin II (1386–1403) Qütbəddin II (1403–1419) Şəmsəddin (1419–1438) Nizaməddin Yəhya (1438–1480) Şəmsəddin Məhəmməd III (1480–1495)
İstinadlar
Xarici keçidlər Nancy Hatch Dupree – An Historical Guide To Afghanistan
Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Səfərilər sülaləsi Kateqoriya:Sistan tarixi Kateqoriya:İran sülalələri Kateqoriya:Abbasilər xilafəti Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Tacikistan tarixi Kateqoriya:860-cı illərdə yarananlar