Qızılı stafilokokk () kürə şəkilli, fakultativ anaerob, qrammüsbət kokklara aid bakteriya. Stafilokokklar hərəkətsizdir və spor əmələ gətirmirlər. Əsasən üzüm giləsini xatırladan bakteriyaların ölçüsü 0.8 1.2 mikrondur. təbiətdə hər yerdə yayılmış, belə ki, 25–30% insanlarda heç bir simptom büruzə vermədən, dəri örtüyündə əsasən qasıq nahiyyəsində və tənəffüs yollarında xüsusən ağız-burun boşluğunda aşkar edilirlər. Bu halı təbabətdə klinik əlamətlərsiz patogen mikrobların kolonizasiyası ya işğalı adlandırırlar. Qızılı stafilakokk əksər insanın vücudunda kalonizasiya yaradaraq əlverişli şəraiti — immun sisteminin zəifləməsini gözləyir. Bu zaman həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət — multirezistentlik əldə etdikdən sonra daha təhlükəli olurlar. Bəzən onların bədəndən eliminasiya edilməsi bıyük bir problemə çevrilir.

Adı Bakteriyanın adı Staphylococcus aureus iki qədim yunan , (mənası üzüm deməkdir), , (mənası çəyirtdək ya buğda dənəsi deməkdir) və latın (mənası qızılı deməkdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qoyun qanlı aqarda karotenoid piqment stafiloksantinin hesabına qızılı sarı koloniyalar əmələ gətirdiyinə görə ona qızılı stafilokokk adı verilmişdir.

Multirezistent növləri Qızıli stafilokokkların antibiotiklərə qarşı qazanmış olduqları davamlılığa görə aşağıdakı növlərı mövcuddur. MRSA = Methicillin-rezistent Staphylococcus aureus və ya metisillinə davamlı qızılı stafilokokk (MDQS) MRE = Multirezistent patogen və ya hədsiz davamlı törədici (HDT) ORSA = Oxacillin-rezistent Staphylococcus aureus və ya oksasillinə davamlı qızılı stafilokokk (ODQS) VISA = Vancomycin-intermediate Staphylococcus aureus VRSA = Vancomycin-rezistent Staphylococcus aureus və ya vankomisinə davamlı qızılı stafilokokk (VDQS) MRSA = Multi-rezistent Staphylococcus aureus və ya hədsiz davamlı qızılı stafilokokk (MDQS) Hədsiz davamlı qızılı stafilokokk — MRSA dedikdə bakteriyasının hal hazırda mövcud olan β-Lactam qrupundan olan antibiotiklərə qarşı hədsiz davamlı ştammları nəzərdə tutulur.

İstinadlar

Mənbələr Xarici keçidlər Antibiotikaresistenznetzwerk Südwest MRSA net, Seite mit zwei Bereichen für Öffentlichkeit und Fachpersonal MRSA Netzwerk Ostwestfalen — Lippe, Seite mit Bereichen für Fragen von Angehörigen und Betroffenen Infoseite der Uni Köln zu MRSA Der wichtigste Erreger im Zusammenhang mit der chronischen/rezidivierenden Furunkulose MRSA: Neuer Problemkeim www.sueddeutsche.de, vom 17. Januar 2008 SARI Antibiotika-Anwendung und Resistenzentwicklung auf deutschen Intensivstationen New Strategy Cracks Staph Bacterium's "Golden Armor," Making It Vulnerable To Treatment www.badische-zeitung.de, Ratgeber Gesundheit und Ernaehrung, 6. September 2010, Michael Brendler: Problemkeime im Krankenhaus mit Übersicht zu Fallzahlen in Südwest-Baden-Württemberg im Jahr 2010 Staphylococcus aureus — Krankenhauskeim mag menschliches Blut, bei Spiegel.de

Kateqoriya:Kokklar Kateqoriya:Bakteriologiya Kateqoriya:Bakteriya xəstəlikləri