Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.

6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.

14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. Rəhbərlik

Baş direktorlar Mədəniyyət kanalının baş direktoru – Dilarə Səlim 19.10.2021 direktor vəzifəsinə Ülviyyə Könül təyin edilib. 10.01.2024-cü il tarixində Dilarə Səlim direktor vəzifəsinə təyin edilib.

Direktor müavinləri Direktor müavini — Riad Quliyev. Direktor müavini — Bəhruz Niftəliyev. Direktor müavini — Lamiyyə Ələkbərova.

İstinadlar

Kateqoriya:Mədəniyyət TV Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Azərbaycan televiziya şəbəkələri