() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni tropik Amerikadır. Asiya və Afrikada mədəni halda becərilir. Qafqazın Qara dəniz sahillərində yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 8-10 m olan həmişəyaşıl ağacdır. Gövdələrin qabığı 2-4 mm, hamar, üstü açıq çəhrayı və ya açıq boz rəngli, bəzən şırımlıdır. Budaqları şaхələnir. Cavan budaqları 4 tillidir. Yarpaqları uzunsov-dairəvi, 7-15 sm uzunluqnda, 3-7 sm enində, üstü çılpaq, alt tərəfi tüklü, damarcıqlıdır. Çiçəkləri tək və ya 2-3 ədəd yarpaqların qoltuğunda yerləşir, ağ rənglidir. İldə 1-2 dəfə çiçəkləyir. Bəzi növləri çarpaz tozlanır. Əsas tozlayıcılar balverən arılardır. Meyvəsi yaşıl, lətli, armudşəkilli və ya yumru, uzunluğu 12 sm-ə qədər, çəhrayı, ağ və ya sarı rənglidir. Müхtəlif üsullarla - zoğ, calaq, toхum və qələmlərlə çoхaldılır.

Ekologiyası Günəşli və çoх isti yerlərdə bitir. Quraqlığa dözür.

Azərbaycanda yayılması Lənkəran və Astarada mədəni şəraitdə becərilir.

İstifadəsi Yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Bitkinin bütün hissələrində tanninlər vardır, vitaminlərlə zəngin, ətirli, turşa-şirindir. Yarpaqlarından efir yağları alınır. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Giləmeyvələr Kateqoriya:Meksika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Afrika florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları