Filippo Brunelleski () — İntibah dövrünün görkəmli italyan memarı və heykəltaraşı.

Bioqrafiya XV əsrin əvvəllərində Florensiyalı alim və memar Filippo Brunelleski boyakarlıqda xətti perspektiv qanunlarını qurdu və təsvir etdi. Bu rəssamlara rəsmlərin müstəvi üçölçülü fəza təsvirini almağa imkan verdi. Strukturlarında Roma arxitekturasında görülən qübbə, kəmər, sütun kimi memarlıq elementlərindən istifadə etmişdir. İşlərində Florensiya Katedralinin qübbəsi, Romadakı Pantheon qübbəsindən sonra ən monumental və böyük qübbədir. Florensiyada San Lorenzo Kilsəsi, Pitt sarayı, Pazzi Şapeli və yetimlər yataqxanası memarın digər əsərlərindəndir.

Həmçinin bax Florensiya kafedralı

İstinadlar

Kateqoriya:İtaliya memarları Kateqoriya:Filippo Brunelleski Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:Florensiya rəssamları Kateqoriya:XV əsr İtaliya heykəltəraşları Kateqoriya:XV əsr İtaliya memarları