Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operettası. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Operettanın tarixi

Yaranma tarixi "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıbКасимов, 1985, с. 288.. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb).

Əsər 1913-cü ilin yay aylarındaМихеева Л., Орелович А.. В мире оперетты. Путеводитель. — Советский композитор, Ленинградское отделение, 1982. — С. 149. — 311 с. yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb. İlk dəfə komediya haqda bəstəkarın 1913-cü iin iyulun 30-da dostu və görkəmli azərbaycanlı aktyor Hüseynqulu Sarabskiyə yazdığı məktubunda rast gəlmək olur:

Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. Inşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

…Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsə-rim gələcəkdə böyük bir iş görəcəkdir.

Bəradərin Üzeyir. 30 iyul 1913-cü il. Peterburq.X.Ağayeva. Üzeyir Hacıbəyov. Bakı, 1955, cəh. 55 Üzeyir Hacıbəyli Azərbaycan Respublikasının Milli Himnini yazmışdır.

Operettada keçənlər Şuşada baş verir. "Arşın mal alan"-ın yaranmasını Rəşid Behbudovun qızı Rəşidə xanım belə xatırlayır:

Babam Məcid-bəy Behbudalı, qədimdə Behbudovlar soyu belə adlanırdı, qeyri-adi səsə malik, gözəl xalq mahnıları ifaçısı idi və artıq 30 yaşında peşəkar müğənni olmuşdu. Bundan öncə isə öz atasına kömək edərdi: boxçasına ipək yığıb o vaxt qaldıqları Şuşanın küçələrini gəzir və "Arşın mal alan, arşın mal alan" deyərək yerli ədalı qızları gətirdiyi mala göz gəzdirməyə çağırardı. Səciyyəvi boxçacı obrazı Üzeyir Hacıbəylinin yaddaşına elə həkk olunur ki, gələcəkdə bəstəkar onu "Arşın mal alan" operettasının süjetində istifadə edir…Культура. Аршин мал алан. (рус.). АиФ, Газета. Проверено 18 июня 2010. Архивировано 19 августа 2011 года.

Janr və forma baxımından Əsgərin giriş ariyasıАршин мал алан (клавир) — Ария Аскера. arshin.musigi-dunya.az. və operettanın bir sıra başqa vokal nömrələri təmiz Avropasayağı tərzdə həyata keçirilib. Bununla birgə, onların melodiyaları danılmaz milli koloritə malikdir. Xüsusilə, qeyd olunmuş giriş ariyası şüştər, bəzi səhnələr və onun xalası Cahanın kupletləriАршин мал алан (клавир) — Куплеты и танец Джахан. arshin.musigi-dunya.az. isə şur ladında ifa olunur. Bir sıra kupletlərdə o dönəm dəbdə olmuş təsniflər dururКаджар Ч.. Старая Шуша / Ред.: Ф.Мамедова; В.Кулиев; Предисловие: М. Алиева.. — Баку, Шерг-Герб, 2007. — С. 333. — ISBN 9789952340969..

Öz əsərinin gələcək uğurunu öngörərək Ü.Hacıbəyli 1913-cü ilin avqustun 7-də həmkarı, Azərbaycan müsiqili teatrının ilk peşəkar dirijoru Müslüm Maqomayevə məktubunda yazırdı:

Səssizliyim səbəbi məşğul olmağımdır; demək olar ki səhər tezdəndən, gecəyədək işləyirəm: ilk növbədə imtahana hazırlaşıram, həm də çox uğurlu alınacaq operetta yazıram və, Tanrının köməyi ilə, vaxt gəldikdə sənə göndərəcəm. thumb|250px|right|Azərbaycan poçt markası (2003)Teatrşünas Azər Sarabski tərəfindən aşkar edilən materiallar Ü.Hacıbəylinin öz operettasını 1913-cü ilin sentyabr ayına bitirdiyini ehtimal etməyə imkan verirСарабский, 1968, с. 189.. Operetta yazıldıqdan sonra bəstəkar ilk olaraq onu polifoniya üzrə müəllimi Vasili Kalafatiyə, sonra isə, onun məsləhəti ilə, konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı Aleksandr Qlazunova göstərirГусейнов А. Первая оперетта Российской империи // "Region Plus". — 15 ноября 2011.. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. "Arşın mal alan"a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.

"Arşın mal alan" operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy Hacıbəyli aktyor Hüseynqulu Sarabskiyə Sankt-Peterburqdan məktub göndərmişdir. Daha sonra Ü.Hacıbəyli öz gündəliyində yazırdı:

Rəylər bütün gözləntiləri aşdı: böyük Qlazunov deyir ki, nəhayət ki, Rusiyada ilk musiqili opera yarandıМамедова М. Аршин Мал Алан, или как Сталин приказал "Голливуд переплюнуть" // Труд : газета. — 17 Апреля 2003..

İlk səhnələşdirmə 1913-cü il oktyabr ayının 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında "Arşın mal alan" operettasının premyerası olmuşdurАлиева С. Всемирное признание "Аршин мал алан". ЮНЕСКО отпразднует 100-летие знаменитой азербайджанской оперетты // Зеркало : газета. — 29 апреля 2011. — С. 8.. İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər – H.Sarabski, Gülçöhrə – Ə.Ağdamski, Soltan bəy – Ə.Hüseynzadə, Süleyman – H.Terequlov, Asya – Gülsabah xanım, Telli – Olenskaya. Əsərin rejissoru – H.Sarabski, dirijor – M.Maqomayev.

"Arşın mal alan"ın ilk tamaşası cəmiyyətdə böyük rezonans yaratdı. Bir ilin içərisində "Arşın mal alan" yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır, tezliklə bir sıra dillərə tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar qazanır. Məsələn, 3 noyabr 1913-cü il tarixində nəşr olunan "Sədayi həqq" qəzetində yazılmışdır: "Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası "Arşın mal alan" camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir".

250px|thumb|left|İkinci səhnələşdirmənin proqramı, Bakı, noyabr 1913

Lakin operettaya mənfi rəy verənlər də az deyildi. 27 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində Hacı İbrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar".

1917-ci ildə Bakıda operetta yenidən tamaşaya qoyulur və onun ifaçıları yalnız kişilərdən ibarət idi.

1913-cü ildə Peterburqda operetta üzərində işini bitirdikdən sonra Hacıbəyli onu Bakıya dostları Hüseynqulu Sarabski və Müslüm Maqomayevə göndərir, onlar isə öz növbəsində bütün səylərini operettanın səhnələşdirilməsinə yönəldirlər. Artıq 1913-cü ilin oktyabrın 26-sı (noyabrın 8) operettanın bütün Qafqazda göstərilməsinə icazə verilir. 1913-cü ilin oktyabrın 8 (oktyabrın 21) Müslim Maqomayevin xəttinə bənzər yazılmış və imzalanmış operettanın əlyazması təsdiq edilmək üçün Nəşriyyat üzrə Tiflis komitəsinə təqdim edilir. Operetta senzuradan keçir və Qafqazın səhnələrində göstərilməyə icazə alır. Operettanın Azərbaycanda premyerası 1913-cü ilin 25 oktyabrında məşhur azərbaycanlı milyoner və mesenat Hacı Zeynalabdin Tağıyevin Bakıdakı teatrında (hazırkı Azərbaycan müsiqili komediya teatrı) baş tutur.

"Kaspi" qəzetində yerləşdirilən elanlarda (25 oktyabr 1913, №240) qeyd ilirdi ki, spektaklda Olenskaya, Gülsabah xanım, artistlər Sarabski, Terequlov, Abasov, Ağdamski, Hüseynzadə və başqaları iştirak edir.

Bu vaxtadək gəlib-çıxmış yeganə resenziyadan ("Kaspi" qəzeti, 27 oktyabr 1913, №242) belə nəticəyə gəlmək olur ki, Əsgər rolunu Sarabski, Sultanbəyi – Hüseynzadə, Vəlini – Xəlil Hüseynov (elanda adı yazılmış Abasovu əvəz etmiş), Süleymanı – böyük ehtimalla Terequlov, Gülçöhrəni – Ağdamski (resenziya onun barəsində də heç nə yazmır) ifa ediblər. Azərbaycan SSR-nin xalq artisti Hüseynağa Hacıbabayevin sözlərinə görə, Gülsabah xanım Cahan xalanın rolunu ifa edib. Operettanın ikinci səhnələşdirməsinin resenziyasına inansaq Olenskaya ("Bakı" qəzeti, 10 noyabr 1913, №253) Asyanı oynayır.

İkinci səhnələşdirmə həmin ilin noyabr ayında həmin teatrda həyata keçirirlir. Burada Hüseynqulu Sarabski (Əsgər), Ələkbər Hüseynzadə (Sultanbəy), Aleksandra Olenskaya (Asya), Yeva Olenskaya (Telli), Mirzə Muxtar Məmmədov (Cahan), Məmməd Hənifə Terequlov (Süleyman), Xəlil Hüseynov (Vəli) oynayırlar. Spektaklın quruluşçu rejissoru Hüseyn ƏrəblinskiАбасова, 1975, с. 62., dirijoru isə Müslim Maqomayev olur. Hərdən Hacıbəyli öz operettasını həmçinin "Uğurlu evlilik resepti" və "İstehsal malların satıcısı" adlandırardıАбасова, 1975, с. 63..

Komediya böyük uğur qazanır. Çox qısa zamanda bir sıra Qafqaz dillərinə, həmçinin erməni, gürcü, kürd, ləzgi, rus və sair dillərə tərcümə edilir. Bakı premyerasından sonra musiqili komediya bütün Qafqazda və Orta Asiyada nümayiş etdirilməyə başlayır. İlk dəfə erməni dilində əsər 1914-cü ildə Tiflisdə səhnələşdirilir. Spektaklın quruluşuna rəhbərlik edən Sidrak Maqalyan səhnələşdirmənin tərcüməçisi və musiqi quruluşçusu idi. Əsgər roluna görə o Qafqazda ilk premiya alır. Sonralar Maqalyan Əsgər rolunu gürcü, türk və rus dillərində də oynayır. 1915-ci ildən 1921-ci ilədək Maqalyanın truppası "Arşın mal alan" əsərini 800 dəfə, o cümlədən 200 dəfə gürcü, 2 dəfə rus və bir dəfə İstanbulda türk dilində səhnələşdirirАзизбекова, 1978, с. 82..

İlk dəfə rus dilinə komediya Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun və Fətəli Axundov tərəfindən (Mirzə Fətəli Axundovla qohumluqda olmuşdur) tərcümə edilir. İlk dəfə operetta rus dilində 1916-cı ilin 10 və 11 iyun tarixlərində Bakıda Mailov qardaşlarının teatrındaАтакишиева, 2004, с. 271. səhnələşdirilmişdi. Burada Amiraqonun rəhbərlik etdiyi truppa: Yujin (Əsgər), Lenotiyeviç (Gülçöhrə), Rayiç (Asya), Mironov (Sultanbəy), İodyan (Suleyman), Smurov (Vəli) oynamışlar. Spektakla dirijorluğu Üzeyir Hacıbəylinin özü edir. Həmin ildə bəstəkar Bakıda operettanın gürcü dilində səhnələşdirilməsində də dirijorluq etmişdirКасимов, 1985, с. 289..

Sonralar operetta Azərbaycandan kənarda bir çox yerdə nümayiş etdirilir. Erməni bəstəkarı Aro Stepanyan yazırdı:

Qafqazda Üzeyir Hacibəylini tanımayan yoxdur. Hələ kiçik yaşlarımdan onun "Arşın mal alan", "Məşədi İbad" kimi populyar komediyalarının möhtəşəm uğur qazanması yadımda qalıb. Onlar bütün yerli teatrlarda səhnəyə alınır və həmişə uğur qazanırdılarАбасова, 1975, с. 77..

Sovet istilasından öncə İranda tanınmağa macal tapdığı üçün gələcəkdə "Arşın mal alan" ABŞ, Bolqarıstan, Fransa və Polşa kimi ölkələrdə səhnələşdirilir.

1919-cu ildə Hacibəyli qardaşlarının truppası Türkiyədə, İstanbulda qastrol səfərində olur. Qastrollar o qədər uğurlu keçir ki, azərbaycanlı artistlər İstanbulun "Şərq" teatrını bir neçə aylıq icarəyə götürmək məcburiyyətində olurlar. Azərbaycanlı artistlərin Türkiyəyə qastrolları zamanı "O olmasın, bu olsun" və "Arşın mal alan" operettalarını izləmiş məşhur türkiyəli dramaturq Reşat Nuri Güntekin bu operettaları Jan Batist Molyerin komediyalarına bənzədirБиблиография, 2009, с. 11..