I Ptolemey ( — "Xilaskar Ptolomey"; ; ) — Makedoniyalı İsgəndərin sərkərdəsi və silahdaşı, Misirin ellinizm dövrünün əvvəlcə diodoxlardan biri sonra firon hökmdarı (e.ə. 323 — e.ə. 283), ptolomeylər sülaləsinin yaradıcısı. E.ə. 305-ci ildə firon rütbəsini qəbul etmişdir.

Həyatı Makedoniyalı yunan aristokratı Laqın oğludur. Makedoniyalı İsgəndərin ən sadiq silahdaşı, sərkərdəsi və eyni zamanda cangüdəni olmuşdur. İsgəndərin Əfqanıstan və Hindistan yürüşlərində fəal iştirak etmişdir. İsgəndərin əmri ilə e.ə. 324-cü ildə Şuşan şəhərində Əhəmənilər sülaləsinin hökmdarı II Ərdəşir/II Artakserksin nəvəsi fars aristokratı II Artobazın qızı Artakama evlənmişdir.

İstinadlar

Kateqoriya:Yunan-Roma fironları Kateqoriya:Ellinizm fironları Kateqoriya:Ptolemeylər sülaləsinin fironları Kateqoriya:Makedoniyalı İsgəndər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri