Feodosi sülaləsi — 378–472-ci illərdə Qərbi Roma imperiyasını, 378–457-ci illərdə fasilələrlə Bizans imperiyasını idarə etmiş doqquz imperatordan ibarət olub, əsası I Valentinianın kürəkəni I Feodosi tərəfindən qoyulmuşdur. Bütöv Romanın imperatoru: I Feodosi (378–395) Qərbi Roma imperatorları: Flavi Honori, I Feodosinin oğlu (395–423) III Konstansi, I Feodosinin kürəkəni (421) III Valentinian, III Konstansinin oölu (425–455) Petroniy Maksim, I Feodosinin qız nəticəsinin ikinci əri (455) Olibriy, III Valentinianın kürəkəni (472) Şərqi Roma imperatorları: Flavi Arkadi, I Feodosinin oğlu (395–408) II Feodosiy, Flavi Arkadinin oğlu (408–450) Markian, Flavi Arkadinin kürəkəni (450–457) Sülalənin Valentinian sülaləsi ilə əlaqəsi I Feodsinin Qalla (Valentinianın qızı) ilə nikahından yaranıb. Bu evliliyin nəticəsində Qalla Plasidiya dünyaya gəldi və onun oğlu III Valentinian (425-455) hər iki sülalənin son hökmdarı olan Qərb İmperatoru oldu. Onun nəvə-nəticələri VI əsrin sonlarına qədər Konstantinopoldakı Roma zadəganlarının bir hissəsi olaraq qalmağa davam etdilər.<noinclude>

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Valentinian-Feodosi sülaləsi