Kəsəmən — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Kəsəmən oyk. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) Şm. yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Qazax r-nunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Samux r-nunun Poylu i.ə.v.də kənd. Qabırrı (İori) çayının sahilində, düzənlikdədir. Oykonimlər kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 233 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri