Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786).

Həyatı Dünbili tayfası tamamiylə türk əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü.

Hakimiyyəti Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi.Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin II yarısı) Bakı, 1979, Leviatov V.N. İz istorii yujnıx xanstva Azərbaydjana II polovino XVIII v, Azərb. EA Məruzələri, 1946. Rusiya dövləti xanlığın artan nüfuzundan Osmanlınında istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdiDəlili H.Ə. Göstərilən əsəri, Bakı, 1979, s. 131; Butkov Q.P. Göstərilən əsəri.s. 176.. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Osmanlıya meyil edirdi. Hətta Osmanlı dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdiButkov Q.P. Göstrərilən əsəri, c. 171; Dəlili H.Ə. Göstərilən əsəri, c. 131.. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşduAzərb. EA Tarix İnstitutunun elmi arxivi: inv. 1795/3/, c. 31..

Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız.arxiv bilgiləri, 1 cild, s. 115.

Ailəsi Əhməd xanın Hüseynqulu xan, Cəfərqulu xan, Əmiraslan xan, Kazım bəy adlı oğlanları, Mahşərəf bəyim adlı qızı vardı. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqulu xan Qasımlı-Avşar, Məhəmməd xan Ziyadlı-Qacar Əhməd xanın kürəkənləri idilər.

Mənbə Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012

İstinadlar

Həmçinin bax Xoy xanlığı

Xarici keçidlər

Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003

Kateqoriya:Xoy xanlığı Kateqoriya:Xoy xanları Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Dünbililər Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar