Pisidiya Antioxiyası (, və ya ) — Türkiyənin Aralıq dənizi, Egey və Mərkəzi Anadolu bölgələrinin kəsişdiyi Göllər bölgəsində, Pisidiya və Frigiyanın sərhədində yerləşən qədim şəhər. "Frigiya Antioxiyası" kimi də tanınır. Şəhər şimaldakı 1236 metrlik ən yüksək nöqtəsi ilə vadi görünüşündədir.

Şəhərdə bir teatr, kilsə, Avqust məbədi və buna bənzər strukturlar vardır. 1176 metr yüksəkliyi olan təpənin üzərində tikilən şəhərin şimalında, cənub-qərb istiqamətində Gelendost mahalını keçərək Əyirdir gölünə çatan Antius çayı axır. Şəhərin qurulduğu ərazi şərqdə Sultan dağları, şimalda Qartal dağı, cənub-şərqdə Qırmızı dağ, cənub-qərbdə Tirli dağ və Əyirdir gölünün şimal sahili ilə yuyulur.

Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Türkiyədəki xarabalıqlar Kateqoriya:Türkiyədəki arxeoloji abidələr