Qonaqkənd rayonu — 1930–1959-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasında mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qonaqkənd kəndi olmuşdur.

Tarixi Qonaqkənd rayonu Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması səbəbi ilə 8 avqust 1930-cu il tarixində təşkil olunmuşdur. 1952–1953-cü illərdə rayon Bakı vilayətinə daxil edilmişdir. 1947-ci ilə aid məlumatlara görə rayonun daxilində 19 kənd sovetliyi olmuşdur. 4 dekabr 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilmiş, ərazisi isə Quba rayonuna birləşdirilmişdir.

Əhali 1939-cu il siyahıyalmasına əsasən Qonaqkənd rayonunun əhalisi 20.896 nəfər olmuşdur. Onlardan 59,7%-i azərbaycanlı, 39%-i digər xalqlardan (tatlar çoxluq olmaqla), 1,3%-i ruslar idi.

Mətbuat Rayonda 1935-ci ildə "Sosializm maldarlığı" qəzeti nəşr olunurdu. Qəzet 1938-ci ildə "Staxanovçu maldar", 1954-cü ildə isə "Kommunizmə doğru" olaraq ad dəyişmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR-in rayonları Kateqoriya:Azərbaycanın ləğv olunmuş rayonları Kateqoriya:Qonaqkənd rayonu