Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər.
Məzmun Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 128-129
Film haqqında Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Natiq Rəsulzadə Rejissor: Cəmil Quliyev Operator: Adil Abbasov Rəssam: Rafiz İsmayılov
Rollarda Arif Qasımov — İbadov Həmidə Ömərova — qız Tələt Rəhmanov — baş həkim
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1985-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması