Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət. 20 dekabr 2024-cü il tarixindən quruma Vüsal Aslanov sədrlik edir.
Tarixi Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir.
2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi.
2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb.
2026-cı ilin mayında “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilməsi barədə qərar qəbul edilib.
Rəhbərlik 20 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüsal Aslanov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur.
Loqosu
2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır. 29 sentyabr 2014-cü il tarixində loqonu ictimaiyyətə təqdim edən qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev loqonun Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "metro" sözünün birinci hərfi — "M" hərfi formasında olduğunu bildirmişdir.Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "M" hərfi formasında Bu loqoya qədər isə yaşıl rəngdə tunel formasında və ortasında qırmızı rəngdə kiril əlifbasının "M" hərfi yazılmış loqodan istifadə olunmuşdur.
Həmçinin bax Bakı metrosu Bakı metrosunda partlayışlar 1995-ci il Bakı metrosu yanğını Bakı metrostansiyalarının siyahısı Bakının yeraltı yolları
İstinadlar
Kateqoriya:Bakı Metropoliteni Kateqoriya:Azərbaycan dövlət şirkətləri