Uyğurlar (uyğur türkcəsi: ئۇيغۇرلار, Уйғурлар, Uyghurlar, çin. 维吾尔, 維吾爾, Wéiwú'ěr) — Çin Xalq Respublikasının şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar rayonunda yaşayan türk xalqı. Əsasən İslam dininə sitayiş edirlər.

Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.

Tarixi thumb|250px|Uyğur Xaqanlığı Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.

Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çoxsaylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub.

ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tatarlar məskunlaşıblar. Uyğur muxtar rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Eləcə də Uyğur muxtar bölgəsində xalxa-monqollara məxsus muxtar vilayət və qəza, dunqallara məxsus muxtar qəza da var. Qansu əyalətində isə Salar türklərinə məxsus və tibetlilərlə birgə 3 muxtar qəza mövcuddur. Çində türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan muxtar bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşayırlar. .

Qalereya

Sayı

Uyğurların məskunlaşdıqları ölkələrin əksəriyyətində ölkə əhalisinin etnik tərkibi haqqında məlumatlar ya yox deyiləcək qədər azdır (Türkiyə, Özbəkistan, Türkmənistan, Pakistan, Səudiyyə Ərəbistanı və s. ölkələr) ya da ki, xeyli ölçüdə təhrif olunduqdan sonra (Rusiya FR , Çin XR və s. ölkələr) dünya ictimaiyyətinə təqdim olunduğu üçün uyğurların saylarına dair əminliklə söylənilə biləcək rəqəmlər qətiyyən olmadığı kimi ehtimallar irəli sürməkdə olduqca çətindir, ancaq onların sayının minimum həddini ehtimal etmək mümkündür . Beləliklə ayrı-ayrı ölkələrin rəsmi rəqəmlərinə dayanaraq ehtimal etmək olar ki 2012-ci ilin əvvəlində dünyada ən azı 11 milyon uyğur türkü yaşamaqdadır və onların 93%-ə qədəri Çin XR vətəndaşlarıdır, ancaq daimi olaraq Çində yaşayan və ya bu ölkənin təhlükəsizlik orqanları tərəfindən təqib olunaraq xarici ölkələrdə sığınacaq tapmış uyğur qaçqınlarının sayı dəqiq məlum deyildir. Bununla belə Ümumdünya Uyğur Kongresinin məlumatlarına əsasən 2010-cu ilin sonu etibarilə dünyada yaşayan uyğurların ümumi sayı 28 milyonThe World Uyghur Congress :Uyghur Langue nəfərdir . Onun 20 milyonu ÇindəUNPO :East Turkestan , 1 milyonu isə əsasən Qazaxıstan, Özbəkistan və Qırğızıstanda, qismən Tacikistan, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Türkmənistan, Misir və Monqolustanda, az saylı diasporlar şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada, ABŞ-də, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə, Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada, Böyük Britaniya Krallığında, Fransada və İsveçrədə yaşayırlar.

Çində +Çin-də rəsmi siyahıya almalarda Uyğurların sayı Siyahıya alma tarixi Uyğurların sayı19533,640,12519643,996,31119825,986,869Taklamakan Uyghur Publishing home page : The Uyghurs’ Homeland 19907,214,43120008,399,393China.org.cn : The Uygur ethnic minority

Özbəkistanda Özbəkistandakı Uyğur Mədəniyyət Mərkəzinin iddiasına əsasən 2004-cü ilə olan qeyri-rəsmi təxminə görə bu ölkədə 200,000Uyghur American Association (UAA) — Uyghur Human Rights Project :Disappearing Diaspora in Uzbekistan …Published in 08/4/2004 nəfər uyğur yaşadığı ehtimal olunur.The Migration Review Tribunal (the MRT) and the Refugee Review Tribunal : Keywords: Uzbekistan – Uighurs – Discrimination – Forcible return to China – Separatist movements

Monqolustanda

Əfqanıstanda Əsasən Əfqanıstanın Bədəxşan vilayətində (vilayət əhalisini əsasən özbəklər və taciklər, az sayda qırğızlar və uyğurlar təşkil edir) məskunlşamışdırlar. Sayları təxminən 3,000Ethnologue.com :report for language code: uig nəfərdir.

Həmçinin bax Sincan-Uyğur Muxtar Rayonu

İstinadlar

Kateqoriya:Türk xalqları Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Qırğızıstanda yaşayan etnik qruplar