Bayandur xan — türk əfsanələrində adı çəkilən əfsanəvi xaqan. Bayundur (Bayındır) Xan olaraq da bilinir.Bayandır indi də bir soyad olaraq istifadə olunur.==Türk xalqlarının qədim tarixi abidəsi olan Qorqud Ata (Dədə Qorqud) əhvalatlarında Xanlar Xanı olaraq təyin olunar. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır.Dədə Qorqud" eposunda qəhrəmanlıq və vətənpərvərlik, Şərq.- 2011.- 12 iyul.- S. 11. "Oğuz eli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandurun adı antroponim, gah da etnonim kimi qeyd olunur. Bayandur tayfasının başçısıdır.

Bayandur xan hökm etdiyi xalqa hər il böyük mərasim təşkil, yemək və içki yağma etdirər. Adının mənasını baxıldığında ölkəni dirlik və nizam içində tutan, inkişaf etdirən, sivilizasiyası yayan bir adam olduğu və bu adın bəlkə də bir ünvan olaraq verildiyi ağıla gəlir.

Etimologiya (Bay) kökündən törəmişdir. Məmləkətlər inşa edən deməkdir. Yenidənqurma etmək, baxıb gözəlləşdirmək mənasını daşıyır. Monqolcada Bayı/Bayıh felii olmaq və biryerde olmaq, Mançuca Ba sözü yer mənasını verər.

Mənbə

Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)

Həmçinin bax Kitabi-Dədə Qorqud

Kateqoriya:Türk mifologiyası Kateqoriya:Dədə Qorqud Kateqoriya:Türk xalqlarının əfsanəvi əcdadları