Xələftala — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Qax İngiloy kəndinin Çayqırağı adlı məhəlləsindən (və ya tabunundan) köçüb getmiş ailələrin Xələftala adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Xələfin talası" mənasındadır”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.346.

Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 22 təsərrüfatda hər iki cinsdən toplam 58 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri