thumbnail|Yevgeni Skibinski Yevgeni Skibinski (; ) — polyakəsilli Azərbaycan memarı.

Həyatı Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasının yeni mərkəzi olan Bakıya köçüblər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İosif Qoslavski, Y. Skibinski, Kazimir Skureviç, İosif Ploşko, İohann Edel, Adolf Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.

Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi, amma Qoslavski Hacı Zeynalabdin Tağıyevin sarayının əsas zallarından birini işləyərkən Kordova xəlifətinin və Məğribin "alışıb yanan" memarlığına meyil göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyil göstərdi.

Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir. Onun istedadı XIX–XX əsrlərin dönəmində üzə çıxdı. O, Persidski küçəsindəki (indiki Muxtarov, 24, 1899; hazırda burda Memarlar Evi yerləşir) Ağabala Quliyevin mülkünü layihələşdirərkən istedadını nümayiş etdirdi.

Quliyevın yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdir. Sifarişçi o vaxta qədər Avropanı səyahət etmiş, Avropa şəhərlərinin tikililərini görmüşdü, buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin.

Binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. İkinci mərtəbədə nəzərə çarpdırılmış baş tağlar, ikinci mərtəbənin künc hissəsinin stalaktit sisteminə istinad edən konxaların tili yarımgünbəzləri və daş üzərində bədii oyma ilə örtülmüş timpanlar – bu kompozisiya elementləri memarlıq motivlərinin birbaşa mənbəyinə işarə edir. Baxmayaraq ki, fasadların memarlığında Şərq memarlığının elementlərindən istifadə olunub, baş tağlar miqyas və tənasüblərinə görə üstün mövqeyini saxlayır və binanın ümumi kompozisiyasını yerli milli üslubda təfsir edir.

Quliyevin evi Şərq üslublu digər tikililərin fonunda fərqiənir. Keçmiş irsə bu müraciət Azərbaycan memarlığında milli-romantik təmayülün əhəmiyyətini artırmışdır.

Memar Y. Skibinski çoxlu yaşayış evləri tikmişdir, ancaq onlar şəhərin dar küçələrinin adi tikililəri arasında o qədər də seçilmirdilər. Onun yaradıcılıq tərcümeyi-halında yalnız Ağabala Quliyevin sifarişi ilə tikilmiş mülk xüsusilə fərqlənir. Ağabala Quliyevin evi adlanan bina Azərbaycan memarlıq tarixində şərəfli yer tutur. O, həmçinin 1883-cü ildə inşa olunan Bakı Dəmir Yolu Vağzalının tikintisində iştirak etmişdir. Bakıya istedadlı, memarlıqda yeni mövqeli memarların gəlməsi artıq gənc olmayan memarı şəhər idarəsindəki işini tərk etməyə və texniki məktəbə müəllimliyə keçməyə məcbur etdi.

1905-ci ildə tikilmiş Təzəpir məscidinin memarı olub.

Xatirəsi 2019-cu ildə Bakının Polşa Memarları küçəsindəki binalardan birində Skibinskiyə və digər polyak əsilli memarlara həsr olunmuş xatirə lövhəsi vurulub.

Layihə verdiyi binalar Bina ŞəkiliLayihəsi verilən ilİnşa edildiyi ilÜnvan Qeydlər Bakı Dəmiryolu Vağzalının binası80px1883 Bakıİkimərtəbəli yaşayış binası 18851887Bakı İkimərtəbəli yaşayış binası (altı ədəd) 18871888BakıAsmaqatlı ticarət köşkləri 18881889Bakı, Kanni-tepinski küç.İkimərtəbəli yaşayış binası (iki ədəd) 18881890Bakı, Suraxanı küç.İkimərtəbəli yaşayış binası18881890Bakı, Krasnavodskaya küç. Birmərtəbəli yaşayış binası18881890Bakı, Marinski və N.Priyutski küç. kəsişməsində İkimərtəbəli yaşayış binası18881891Bakıİkimərtəbəli yaşayış binası80px18891891Bakı, Persidski küçəsində (hazırda Muxtarov, 24)Təzəpir məscidi80px19051914Bakı, Mirzə Fətəli Axundov küçəsi,7

Ədəbiyyat Elxan Süleymanov. "Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi". Bakı, 2013.Polyak əsilli şamaxılı memar haqqında kitab çap edilib

İstinadlar

Xarici keçidlər Ağabala Quliyevin Bakıdakı evinin drondan çəkilişi.

Kateqoriya:Azərbaycan polyakları Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanda fəaliyyət göstərmiş polşalı mühəndislər

ru:Стройиздат