Kəmaləddin Fəttah oğlu Heydərov () — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti.
Həyatı Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.
Ailəsi Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Bəstəkarlığı Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi Səndən Nigaranam mahnısıdır. Özbək müğənnisi Nəsibə Abdullayeva da mahnını ifa etmişdir. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən Nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Röya və Zülfiyyə Xanbabayevanın, əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.
İstinadlar
Mənbə Azərbaycanda kim kimdir. Ensiklopedik sorğu kitabı. Bakı,"Çıraq " nəşriyyatı, səh.96, 2004-cü il.
Kateqoriya:Azərbaycanın fövqəladə hallar nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Boks Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan gömrük xidməti general-polkovnikləri Kateqoriya:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Taekvondo Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan bəstəkarları