Altay Respublikası (, , , , Altay RespublikaName used in internal passports according to law ПОСТАНОВЛЕНИЕ Правительства Республики Алтай от 17.07.2001 N 208 "О ТИПОВОМ ОБРАЗЦЕ БЛАНКА-ВКЛАДЫША РЕСПУБЛИКИ АЛТАЙ К БЛАНКУ ПАСПОРТА ГРАЖДАНИНА РОССИЙСКОЙ ФЕДЕРАЦИИ" ) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk mənşəli ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən ələ keçirildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan xalqının formalaşmasında mühüm rol oynayan oğuz türklərinin boyundan olan etnik qruplar yaşamışdırlar.

Tarixi oçerk Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır. Altay versiyası adlanan və daha çox sovet tarixşünaslığının yetişdirmələri tərəfindən dəstəklənən I versiyaya görə türklərin ana vətəni Altaydır. Ön Asiya versiyası adlanan və daha gənc olan II versiyaya görə isə türklərin ana vətəni Ön Asiya — Mesopotomiya və Urmiya gölü arasındakı ərazidir və türklər Altaya təxminən e.ə VI–V minilliklərdə gəlmiş, bir hissəsi burda məskunlaşmış, digər hissəsi isə (bəzi müəlliflərə görə şumerlər, bəzilərinə görə skif saklar) geri dönmüşdür. Günümüzdə Altay türkləri Altayqızı, Teleut, Kuman, Çalxan, Şor və bir neçə başqa kiçik tayfalardan təşkil olunmuş azsaylı xalqdır.

Altay ərazisində Aşağı Paleolit (Ulalinka mağarası və s.), Mustye (Ust-Kanskaya mağarası və s.), Mezolit (Ust-syomin mədəniyyəti), Neolit (Ortakatun mədəniyyəti) dövrlərinə aid düşərgələr, həmçinin Tunc dövrünə aid Afanasyev və Qaraqol mədəniyyətləri abidələri, Erkən Dəmir dövrünə aid skif-Sibir (o cümlədən Pazırık mədəniyyəti) tipli kurqanlar aşkar olunmuşdur. E.ə. 3-cü əsr – eramızın 1-ci əsrində Altay Hun imperiyasının tərkibinə daxil idi. Bu dövrə aid yaşayış məskənləri Yustıd ərazisində aşkar edilmişdir. 4-cü əsrin sonu-6-cı əsrin ortalarında jujanlara, 6–8-ci əsrlərdə Göytürk xaqanlığına, sonralar isə Uyğur və Qırğız xaqanlıqlarına tabe olmuşdur. 8-ci əsrdən başlayaraq Altayda maniçilik yayılmağa başlamışdır. 13-cü əsrin əvvəllərindən Altay Monqol imperiyasının tərkibinə qatılmışdır. 15-ci əsrin ortalarından Cənubi Altay əhalisi oyratların təsiri altına düşmüş, Şimali Altayda yaşayanlar (kumandinlər, tubalar, çelkanlar) xakas qırğızlarına və Altay teleutlarına tabe olmuşlar.

17-ci əsrin sonlarında onların hamısı Rusiya imperiyasının təbəəsi olmuşdur. Altay ərazisi Sibir quberniyası (1756–79), Kolıvan vilayəti (1779–83), Kolıvan quberniyası (1783–96), Tobolsk quberniyası (1796–1804) və Tomsk quberniyasının tərkibində olmuşdur. Tomsk quberniyasının tərkibindən Altay quberniyası (1917–25) ayrılmışdır. 1918-ci ildə Ulala kəndində çağırılmış qurultayda Dağlıq Altayın Biysk qəzasının tərkibindən çıxması haqqında qərar qəbul edilmişdir.

1919-cu ildə Qırmızı Ordu Ulala kəndini tutduqdan sonra Dağlıq Altay RSFSR-in tərkibinə qatıldı. 1922-ci il 1 iyun tarixində Altay türklərinə milli muxtariyyət verilmiş və Altay vilayətinin tərkibində Oyrat Muxtar vilayəti yaradılmışdır. 1932-ci il vilayətin adı dəyişdirilərək Oyrot, 1948-ci il 7 yanvar tarixində Dağlıq Altay Muxtar Vilayəti, 1991-ci il tarixindən etibarən isə ərazidə Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası (ASSR) yaradılmışdır. 1992-ci ilin fevral ayından RF-nin tərkibində Dağlıq Altay Respublikası adlandırılmış, həmin ilin may ayından indiki adı qəbul edilmişdir.

Respublikanın ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk etnik qrupları məskunlaşmışlar və hazırda respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük müqavimətinə rast gəlmiş, yalnız 1860-cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar tərəfindən işğal edildikdən sonra yaşama yararlı düzən və bərəkətli torpaq ərazilərində ruslar məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır.

Dövlət hakimiyyəti orqanları Altay Respublikasının Konstitusiyası 1997-ci ildə qəbul olunmuşdur. Dövlət hakimiyyətini respublika başçısı, Dövlət yığıncağı – El Qurultayı (parlament), hökumət və respublika Konstitusiyasına uyğun təşkil edilən digər dövlət hakimiyyəti orqanları həyata keçirir. Respublika başçısı – RF Prezidentinin təqdimatı ilə Dövlət yığıncağının səlahiyyət verdiyi ən yüksək vəzifəli şəxsdir; icraedici hakimiyyətə rəhbərlik edir və eyni zamanda hökumətin sədridir. Dövlət yığıncağı ali qanunverici orqandır; 4 il müddətinə seçilən 41 deputatdan ibarətdir. Ali icraedici orqan respublika başçısı tərəfindən formalaşdırılan hökumətdir.

İnzibati idarəetmə Altay Respublikasının adminstrativ, teretorial və bələdiyyə əraziləri Altay respublikasının 12–15-ci qanunlarına əsasən 1999-cu il 2 iyun tarixindən etibarən Qurultay adlanan Dövlət Assambleyası tərəfindən idarə edilir. İnzibati vahidləri rayon, kənd soveti, dyuçina, qəsəbə və şəhərdir. İnzibati quruluşda hər hansı dəyişiklik Qurultayın qərarına əsasən edilir və daha sonra təsdiqlənmək üçün Rusiya Federal İnzibati İbadrəetmə Mərkəzinə göndərilir.

Şəhərlər Dağlıq — Altay – 53.538 nəfər (2002-ci il siyahıya almasına əsasən)

Rayonlar 8 rayonu var.

Coğrafiya thumb|200px|right|Beluxa dağı Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası, Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Respublika ərazisinin 25 faizini meşə sahələri tutur. Respublikanın ərazisi 92,600 km² — dir. Altay respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastı və Altay vilayəti ilə həmsərhəddir. Respublikanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Bu səbəbdən də normal səviyyəli yollar ölkə ərazisində olduqca azdır. Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m hündürlüyü olan Beluxa dağıdır.

Su resursları thumb|260px|left|Şavlo gölü Respublika ərazisində 20 mindən artıq kiçik çay və çay qolu vardır ki, bunların da çoxu Ob və Yenisey çaylarının qollarıdır. Respublikanın ən böyük çayları Xatun və Biya çaylarıdır. Hər iki çay dağ və yeraltı sulardan qidalanır. Hər iki çay Sibirin ən böyük çaylarından biri olan Ob çayına tökülür. Xatun çayı həm də yerli əhali, eləcə də burda məskunlaşan kiçik etnoslar üçün dini əhəmiyyət daşıyır. Altay folkloruna görə Beluxa dağında mistik Şambala ölkəsinə açılan qapı yerləşir.

Qara Biya çayının mənbəsi olan Telet gölü həm də regionun ən böyük gölüdür. Zümrüd rəngli Xatun çayı isə öz mənbəsini Beluxa dağında yerləşən Gəblər buzlaqlarından götürür.

Ölkə ərazisində yerləşən ən böyük göl, 80 km (50 mil) uzunluğu və və 5 km (3 mil) dərinliyi olan Telet gölüdür. Gölün sahəsi 230.8 kv. km-dir. Ümumiyyətlə Altayın dağ gölləri böyük şirin su ehtiyatına malik olmaqla nəinki Altay bölgəsi, eləcə də bütün Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Təkcə Telet gölü təxminən 40 kub km şirin su ehtiyatına malikdir.

Potensial yeraltı su ehtiyatı isə 22 mln kub m kimi dəyərləndirilir və bu rəqəmin gələcəkdə 44000 kub m də artacağı gözlənilir.

Altay respublikasının ən nəzərə çarpan coğrafi özəlliyi dağlıq ərazidə yerləşməsidir. Respublika, Altay dağ silsiləsinin Rusiya Federasiyası ərazisinə düşən hissəsində yerləşir. Altay dağ silsiləsi respublika ərazisindən keçərək Qazaxıstan, Monqolustan və ÇXR ərazisinə qədər gedib çıxır. Regionda dağlıq ərazilər üçün xas olan yüksək seysmik aktivlik var və bu ərazi landşaftının müntəzəm dəyişməsinə gətirib çıxarır.

Su resursları respublikanın ən mühüm təbii resurslarındandır. Müalicəvi əhəmiyyətə malik mineral və isti sular yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Həmçinin Altay buzlaqları böyük şirin su ehtiyatına malikdir. Rspublika ərazisindəki ən böyük buzlaqlar Bolşoy Taldurinski (35 km²), Mensu (21 km²), Sofiyski (17 km²) və Bloşoy Maaşey (16 km²) buzlaqlarıdır.

Respublika ərazisindəki mineral resurslara həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da daxildir. Respublikaının ən böyük şəhəri olan və Altay vilayətinin qonşuluğunda yerləşən Barnaul şəhəri Altay bölgəsinin ən böyük sənaye mərkəzi olmaqla müxtəlif faydalı qazıntıların istehsalı sahələri üzrə ixtisaslaşmışdır. thumb|right|Şimal Altay Respublikasında Xatun çayı

Əhali Əhalinin əksəriyyətini ruslar (57,4%; 2002), həmçinin altaylılar (30,6%), telengitlər (1,2%), tubalar (0,75%), kumandinlər (0,4%), çelkanlar (0,4%), qazaxlar (6%), ukraynalılar (0,7%) və almanlar (0,4%) təşkil edir.

2004-cü il əhalinin siyahıyaalınmasının nəticələrinə görə respublika əhalisi 203, 2 nəfərdir. Bunun da 53,538 (26.4%) şəhərlərdə məskunlaşmışdır. Əhalinin 47,6% — ni kişilər, 52,4% -ni isə qadınlar təşkil edir. Orta yaş həddi 30, 5 ildir.

Aşağıdakı cədvəldə əhalinin siyahıya alınması illərindəki ümumi əhali sayı və şəhər əhalisinin sayı (portağal rəngində) göstərilib.

Ümumittifaq və ümumrusiya əhalinin siyahıya alınmalarının (1926–2010) məlumatına görə milli tərkib Xalq 1926 1939 1959 1970 1979 2002 2010 ruslar 51 812 (52,0 %) 114 209 (70,4 %) 109 661 (69,8 %) 110 442 (65,6 %) 108 785 (63,2 %) 116 510 (57,4 %) 114 802 (56,6 %) altaylılar 35 601 (35,7 %) 39 285 (24,2 %) 38 019 (24,2 %) 46 750 (27,8 %) 50 203 (29,2 %) 62 192 (30,6 %) 68 814 (33,9 %) qazaxlar… 4 280 (2,6 %) 4 745 (3,0 %) 7 170 (4,3 %) 8 677 (5,0 %) 12 108 (6,0 %) 12 524 (6,2 %) telengitlər 3 414 (3,4 %)………… 2 368 (1,2 %) 3 648 (altaylılar da daxil) kumandılar 1 384 (1,4 %)………… 931 (0,5 %) 1 062 (0,5 %) ukraynalılar… 1 682 (1,0 %) 1 462 (0,9 %) 1 309 (0,8 %) 1 305 (0,8 %) 1 437 (0,7 %) 1 010 (0,5 %) almanlar…… 1 113 (0,7 %) 637 (0,4 %) 720 (0,4 %) 903 (0,4 %) 700 (0,3 %)

Təhsil Altay Respublikası təhsil səviyyəsinə görə digər Rusiya vilayətlərindən və muxtar respublikalarından geridə qalır. Ölkə ərazisində 204 məktəbəqədər müəssisə, 205 ümumtəhsil məktəbi, 29 əlavə təhsil ocağı, 5 orta ixtisas, 20 kollec, 7 peşə təhsili müəssisəsi (2004), Dağlıq Altay Dövlət Universiteti və Altay Dağ-Mədən Universiteti var. Altay Dağ-Mədən Universiteti 1993-cü ildə Pedaqoji İnstitutun bazasında yaradılmışdır və 3,5 min tələbə təhsil alır.

Ədəbiyyat Altay ərazisində Altay dilində inkişaf edən ədəbiyyat kökləri ilə qədim türk ənənələrinə bağlıdır. Altay yazısı Kiril əlifbası əsasında 19-cu əsrin ortasında yaransa da, Altay ədəbiyyatı 1930–40-cı illərdə meydana gəlmişdir. Banisi "Mübarizə" (1932), "Çeyneş" (1938) pyeslərinin, "Arbaçi" (1933) poemasının, "Aza Yalan" (1940) povestinin müəllifi, yazıçı və folklorşünas P. V. Kuçiyakdır. 20-ci əsrin 2-ci yarısında B. U. Ukaçin, İ. V. Şodoyev, A. O. Adarov, B. Y. Bedyurov və b. Altay mədəniyyətinin qaynaqları, müasir dünyada altayların mövqeyi mövzularında əsərlər yazmışlar.

İqtisadiyyatı