Xakasiya (, ) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi.

Coğrafiya Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşayır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir. Faydalı qazıntıları daş kömür, dəmir filizi və s-dir. Respublika kəskin kontinental iqlimə malikdir. Yanvar ayının temperaturu -20 °C, iyul ayının temperaturu isə 16-18 °C-dir. Yağıntıların miqdarı 400 mm-dir. Əsas çayları Yenisey və Abakandır. Xakasiyanın düzənlik çöllərində çöl, meşə-çöl bitkiləri və qara torpaqlar, dağ yamaclarında tayqa yayılmışdır. Təbii ehtiyatları çoxdur və bura dəmir, qızıl, gümüş, daş kömür, neft və təbii qaz daxildir.

Mədəniyyəti Türkcə danışan xakasların əsl adı koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texniki institut, dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.

Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna qatılmış, 1930-cu ildə muxtar bölgə statusu almışlar. Xakaslar qədim şamanizm inancına bağlıdırlar.

Xakasların 2000-i aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.

Tanrı Dağı Qırğızlarının dünyada məşhur olan böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının dediyinə görə, Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünkü vətənlərinə Manas Xan rəhbərliyi zamanı köç etmişlər. IX əsr Çin qaynaqları qırğızlardan "Heges" və ya "KieKiaSe" adı ilə bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız tayfalarının müsəlmanlaşması və yaşanılan bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə, Yenisey qırğızlarının ayrıca bir kimlik mənimsəməsinə və Xakas adını qəbul etmələrinə gətirib çıxarmışdır.

İqtisadiyyatı

Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilik və heyvandarlığa əsaslanır.

Qoyun və keçi `yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Düzənlik sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır.

Respublikanın iqtisadiyyatının əsasını elektroenergetika və dağ – mədən sənayesi təşkil edir. Ölkədə zəngin meşə örtüyü meşə və ağac emalı, meşə - kimya sənayesinin inkişafına təkan vermişdir. Yüngül və və yeyinti sənayesi var. Kənd təsərrüfatında buğda, kartof, tərəvəz bitkiləri əkilir. Heyvandarlıqda zərifyunlu qoyunçuluq, atçılıq, maldarlıq inkişaf etmişdir. Xakasiya Respublikasında avtomobil, dəmiryolu, çay nəqliyyatı inkişaf etmişdir.

Demoqrafiya Əhalisi: 532.403 (2010 siyahıyaalınması); 546.072 (2002 siyahıyaalınması); 568.605 (1989 siyahıyaalınması).

Vacib statistika Mənbə: Rusiya Federal Dövlət Statistika Xidməti

Əhali (x 1000)DoğumÖlümTəbii artımDoğum səviyyəsi (hər 1000 nəfərə)Ölüm səviyyəsi (hər 1000 nəfərə)Təbii artım səviyyəsi (hər 1000 nəfərə)Hər qadına düşən doğuş 1970 448 7,347 3,749 3,598 16.4 8.4 8.0 1975 476 9,106 4,485 4,621 19.1 9.4 9.7 1980 508 9,994 5,345 4,649 19.7 10.5 9.2 1985 541 10,382 5,546 4,836 19.2 10.3 8.9 1990 572 8,724 6,060 2,664 15.3 10.6 4.7 2,27 1991 573 8,114 6,195 1,919 14.2 10.8 3.3 2,14 1992 574 6,917 6,843 74 12.0 11.9 0.1 1,81 1993 574 6,152 8,387- 2,235 10.7 14.6- 3.9 1,58 1994 572 6,219 9,426- 3,207 10.9 16.5- 5.6 1,57 1995 571 5,807 8,186- 2,379 10.2 14.3- 4.2 1,44 1996 569 5,727 8,093- 2,366 10.1 14.2- 4.2 1,40 1997 566 5,309 7,766- 2,457 9.4 13.7- 4.3 1,28 1998 563 5,602 7,821- 2,219 10.0 13.9- 3.9 1,34 1999 559 5,312 8,304- 2,992 9.5 14.8- 5.3 1,26 2000 556 5,634 8,104- 2,470 10.1 14.6- 4.4 1,32 2001 552 5,576 8,561- 2,985 10.1 15.5- 5.4 1,28 2002 547 6,118 9,280- 3,162 11.2 17.0- 5.8 1,39 2003 542 6,417 9,660- 3,243 11.8 17.8- 6.0 1,44 2004 539 6,453 8,763- 2,310 12.0 16.3- 4.3 1,43 2005 536 6,198 9,411- 3,213 11.6 17.6- 6.0 1,35 2006 533 6,465 7,927- 1,462 12.1 14.9- 2.7 1,40 2007 531 7,384 7,324 60 13.9 13.8 0.1 1,60 2008 531 7,935 7,427 508 14.9 14.0 1.0 1,72 2009 531 8,062 7,255 807 15.2 13.7 1.5 1,81 2010 532 8,010 7,373 637 15.0 13.8 1.2 1,80 2011 532 8,013 7,154 859 15.1 13.4 1.7 1,83 2012 533 8,534 7,137 1,397 16.0 13.4 2.6 2,00 2013 534 8,362 6,987 1,375 15.7 13.1 2.6 2,01 2014 535 8,145 6,999 1,146 15.2 13.1 2.1 2,01 2015 536 7,911 7,216 695 14.8 13.5 1.3 1,99 2016 537 7,592 6,869 723 14.1 12.8 1.3 1,96(e) 2017 537 6,662 6,752 -90 12.4 12.5 -0.1 2007-ci ildə respublikada uzun illər ərzində ilk dəfə əhalinin müsbət təbii artımı qeyd edilmişdir (Çox kiçik olmasına baxmayaraq, illik 0.01 faizdən az), bununla da Rusiyada təbii əhali artımı müsbət olan 20 bölgəsindən biri olmuşdur.Постоянное население России на начало 2008 года - 142 миллиона человек . Demoscope.ru. Retrieved on 2013-08-20.В 2007 году естественная убыль снизилась до 478 тысяч человек, а миграционный прирост увеличился до 240 тысяч . Demoscope.ru. Retrieved on 2013-08-20.Каталог публикаций::Федеральная служба государственной статистики . Gks.ru (2010-05-08). Retrieved on 2013-08-20.

Etnik qruplar 2010-cu il Rusiya siyahıyaalınmasına görə, etnik ruslar respublika əhalisinin 81,7% -ni təşkil edir, etnik xakaslar yalnız 12.1%-dir. Digər qruplara etnik almanlar (1.1%), ukraynalılar (1%), tatarlar (0.6%) və hər bir əhalinin 0,5% -dən azını təşkil edir digər kiçik qruplar daxildir. Ethnicgroup 1926 siyahıyaalınması 1939 siyahıyaalınması 1959 siyahıyaalınması 1970 siyahıyaalınması 1979 siyahıyaalınması 1989 siyahıyaalınması 2002 siyahıyaalınması 2010 siyahıyaalınması1 Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı % Xakaslar 44,21949.8% 45,79916.8% 48,51211.8% 54,75012.3% 57,28111.5% 62,85911.1% 65,42112.0% 63,64312.1% Ruslar 41,39046.6% 205,25475.3% 314,45576.5% 349,36278.4% 395,95379.4% 450,43079.5% 438,39580.3% 427,64781.7% Almanlar 460.1% 3330.1% 10,5122.6% 10,5472.4% 11,1302.2% 11,2502.0% 9,1611.7% 5,9761.1% Ukraynalılar 8360.9% 7,7882.9% 14,6303.6% 9,4802.1% 10,3982.1% 13,2232.3% 8,3601.5% 5,0391.0% Digərləri 2,3812.7% 13,5565.0% 22,9385.6% 21,6854.9% 23,6224.7% 29,0995.4% 24,7354.5% 21,4094.1% 1 İdarə məlumat bazalarından qeydiyyatdan keçən 8,689 nəfər etnik mənsubiyyətini elan edə bilmədi.Перепись-2010: русских становится больше . Perepis-2010.ru (2011-12-19). Retrieved on 2013-08-20.

Din

2012-ci il sorğusuna görə, Xakasiyanın əhalisinin 31.6% -i Rus Pravoslav Kilsəsinə, 6% -i qeyri-xristian icmalara, 1% -i heç bir kilsə mənsubiyyəti olmayan və digər (qeyri-rus) pravoslav kilsələrinə aid olmayan pravoslav xristianlardır. Əhalinin 2% -i paqanizmə, 1% İslama, 1% Protestantlıqa, 0.4% Hinduizmə (Vedizmə, Krişnaizmə yaxud Tantrizmə) və digər 0.4% Tibet Buddizminə inanır. Bundan əlavə, əhalinin 38% -i "inanclı, lakin dindar deyil", 16% ateist, 2,6% isə digər dinlərə tabedir və ya suala cavab vermir.

Dil

Xakas dilin uyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.

Şəhərlər Abakan – 165.197 nəfər (2002-ci il siyahıya almasına əsasən) Sayanoqorsk – 50.255 nəfər (2002-ci il siyahıya almasına əsasən)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Rusiya respublikaları Kateqoriya:Xakasiya Kateqoriya:1991-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Mərkəzi Asiya Kateqoriya:Türk xalqları