thumb|right|300px|Latviyanın Dauqavpils şəhərində Qırmızı terror qurbanlarının xatirəsinə qoyulmuş memorial abidə Qırmızı terror — Sovet Rusiyasında kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar.

Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər.Sergey Melqunov, Rusiyada qırmızı terror, Hyperion Pr (1975), ISBN 0-88355-187-X Həmçinin bax: The Record of the Red Terror ^ a b c d e f g h Nicolas Werth, Karel Bartošek, Jean-Louis Panné, Jean-Louis Margolin, Andrzej Paczkowski, Stéphane Courtois, Kommunizmin Qarq Kitabı: Kriminal, Terror, Repressiya, Harvard İnivesitet Mətbəəsi, 1999, 858 səhifə, ISBN 0-674-07608-7 Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən^ a b c d Edvard Radzinski Stalin: The First In-depth Biography Based on Explosive New Documents from Russia's Secret Archives, Anchor, (1997) ISBN 0-385-47954-9, səh. 152–155 bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgəa b c d e Suvorov, Viktor, Inside Soviet Military Intelligence, Nyu-York: Macmillan (1984) həyata keçirilib. "Qırmızı terror" termini əslində^ Jan ten Brink (1899) J. Hedemanın ingilis dilinə tərcüməsi "Robespyer və qırmızı terror", reprinted in 2004, ISBN 1-4021-3829-6 Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror"Fransa İnqilabı dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror () kimi tanınır).

Məqsəd RSFSR Xalq Komissarları Soveti ölkəni ağ terrordan müdafiə etmək üçün təcili fövqəladə tədbir adlandıraraq qırmızı terror haqqında qətnamə qəbul etdi. Fövqaladə Komissiya rəhbəri Dzerjinski izah etdi ki, bu addım . SSRİ Prokurorluğu və DTK-sınınn bir izahatında vurğulanır ki, "Qırmızı Terrorun icrası xarakterinə görə məhdudlaşdırılmışdır. 1918-ci ilin sentyabr-oktyabr aylarında bu terror mahiyyəti üzrə bütün ölkədə başa çatdı." "Qırmızı Terror haqqında" fərmanda nəzərədə tutulurdu ki, bu, Qətnamə xəbərdarlıq edirdi ki,

"bütün əks-inqilabçılar və onlarla əməkdaşlıq edənlərin hamısı Sovet liderlərinin və inqilab ideyaları mübarizlərinin" həyatlarına qəsd cəhdində təqsirləndiriləcəklər. "Biz ürəyimizi Azadlıq mübarizlərinin qanında və əzab odunda möhkəmlədəcəyimiz polada çevirəcəyik. Biz ürəklərimizi qəddar, sərt və möhkəm edəcəyik, belə ki, ona heç bir mərhəmət girməyəcək və beləliklə onlar düşmən qanından olan dənizin kənarında lərzəyə düşməyəcək. Biz bu dənizin bəndlərini laxladacağıq. Leninin və Uritskinin, Zinovyevin və Volodarskinin qanı üçün qoy burjuaların qanı sel olsun, mümkün qədər daha çox qan."

Qırmızı Terror Ağ Terrora cavab vermək üçün elan olunmuşdu. Bu kampaniyanın əsas məqsədi xalq düşmənləri hesab olunan əks-inqilabçılarla mübarizə idi. Əksər rus kommunistləri elan edirdilər ki, Qırmızı Terror köhnə "istismarçı sinif"lərin bütöv sosial qruplarını qırmaq üçün lazımdır. Lenin əvvəl də terrora istinad etmişdi. 1908-ci ildə Lenin Portuqaliya kralı I Karlosun sui-qəsdi haqqında yazırdı:

1917-ci ildən Lenin də Marks kimiMarx to Weydemeyer (5 March 1852) , Marx and Engels Internet Archive daim "Dövlət və İnqilab" əsərindəVladimir Lenin, The State and Revolution (1917), Lenin Internet Archive göstərdiyi inqilabi diktaturaya çağırırdı. Marks proletariat diktaturasını əsaslandırmış, Lenin isə inkişaf etməmiş Rusiya şəraitində çəkic və orağın simvolizə etdiyi fəhlələrin və kasıb kəndlilərin diktaturasını irəli sürmüşdürVladimir Lenin, The Proletarian Revolution and the Renegade Kautsky (1918), Lenin Internet Archive . Halbuki canıyanan alimlər qeyd edirlər ki, Marks və Lenin indiki birpartiyalı qeyri-demokratik idarəçiliklər anlamında "diktatura" nəzərdə tutmayıblar. İsaak Doyçer (İsaac Deutscher) vurğulayır:

"Əlbəttə ki, Sovet hökuməti "proletariat diktaturası" olmalı idi. Bu, fəhlə sinfinin sosial və siyasi üstünlüyünü ifadə edir, lakin üstünlüyün ifadə olunduğu məna qarışdırılmamalıdır. Boşeviklər digər sosialist alimlər kimi "burjua diktaturaları" tipində Qərb parlament demokratiyasını təsvir etmək istəyiblər, hansı ki, onlar həqiqi diktatorial qaydada idarə etmədən burjuaların sosial üstünlükləri təcəssüm etdirirlər."Isaac Deutscher, The Prophet Armed: Trotsky 1879–1921, London: Verso (2003), p. 263. </blockquote>

1918-ci ilin sentyabrının ortalarında kommunist lider Qriqori Zinovyev elan etdi:

"Düşmənlərimizə qalib gəlmək üçün bizim özümüzün sosialist militarizmimiz olmalıdır. Biz ardımızca Sovet Rusiyasının 100 milyon əhalisinin 90 milyonunu aparmalıyıq. Bizim onlara deyəcək bir sözümüz yoxdur. Onlar məhv edilməlidirlər."George Leggett. The Cheka: Lenin's Political Police Oxford University Press, 1986. ISBN 0-19-822862-7 səh. 114 </blockquote> thumb|300px|Güllələnmə hökmündən nümunə — bir qadının edam qərarı, 1919 Əksər insanların günahları aktiv əməlləri yox, sosial statusları idi. Martin Latsis, Ukrayna Tsekasının rəhbəri "Qırmızı Terror"u qəzetə izah edir: Christopher Andrew and Vasili Mitrokhin (2000). The Mitrokhin Archive: The KGB in Europe and the West. Gardners Books. ISBN 0-14-028487-7, page 34. "Sovetlər əleyhinə silahla və ya sözlə çıxma və ya çıxmaması üçün ittiham sənədlərinə baxmayın. Ondan birbaşa soruşun ki, o hansı sinfə mənsubdur, keçmişi nədir, təhsili, peşəsi nədir. Bunlar ittihamın taleyini təyin edən suallardır. Bu, Qırmızı Terrorun mənası və mahiyyətidir."Yevgenia Albats and Catherine A. Fitzpatrick. The State Within a State: The KGB and Its Hold on Russia – Past, Present, and Future, 1994. ISBN 0-374-52738-5.

Tarixi Kütləvi repressiya kampaniyasına Petroqrad Tsekasının rəhbəri Moisey Uritskiyə sui-qəsdə və 1918-ci il 30 avqustda Fanni Kaplan tərəfindən Leninə sui-qəsd cəhdinə görə rəsmi cəza kimi təşəbbüs göstərilmişdir. Yaraları sarınarkən Lenin təlimat vermişdir:

"Gizlicə və qəddarcasına terroru hazırlamaq vacidir."

Hətta sui-qəsdlərdən əvvəl Lenin Nijni Novqorodda qalxmış sivil etirazlara cavab vermək və Penzada hərbi dəstələr tərəfindən bəzən vəhşiliklə taxılları tətləb olunmuş torpaq sahiblərinin etirazlarını "əzmək" üçün, "kütləvi terror tətbiq etmək" barədə teleqramlar göndərirdi.

thumb|250px|Xarkovda öldürülmüş girov qadınların cəsədləri 1919 Uritskiyə sui-qəsddən sonra "devrilmiş siniflərin nümayəndələrindən" 500 nəfəri bolşevik kommunist hökuməti tərəfindən dərhal edam edildi.Edvard Radzinsky Stalin: The First In-depth Biography Based on Explosive New Documents from Russia's Secret Archives, Anchor, (1997) ISBN 0-385-47954-9, pages 152–155 Qırmızı Terrorun ilk rəsmi sui-qəsdi "İzvestiya"da çap olunmuşdu, 1918-ci il 3 sentyabrda "İşçi sinfinə müraciət" fəhlələri "əksinqilabçıların xofunu kütləvi terrorla dağıtmağa!… Sovet rejimi əleyhinə cüzi bir şayiə yaymağa cürət edən hər bir kəsi dərhal edam etməyə və konslagerə göndərməyə" çağırırdı. Bu, 1918-ci il 5 sentyabrda Tseka tərəfindən qəbul olunmuş "Qırmızı Terror haqqında" dekretlə təsdiqlənmişdir. .

15 oktyabrda çekist Qleb Bokiy Qırmızı Terrorun rəsmi sonunu elan etdi və bildirdi ki, Petroqradda 800 təsdiq olunmuş düşmən güllələnmiş, digər 6229-u həbsə alınmışdır. "Həftəlik Tseka" və digər rəsmi nəşrlərdə çap olunmuş bütün cəzalanmış insanların siyahılarına əsasən ilk iki ayın tələfatı 10.000–15.000 arasında olmuşdur.

Vətəndaş müharibəsi qızışdıqca "mülkədar sinfi"nə məxsusluqları əsasında cəzalandırılmış məhbusların, şübhəlilərin və girovların ciddi sayı bolşeviklər tərəfindən işğal olunmuş şəhərlərdə aşağıdakı kimi idi:

Xarkovda 1919-cu ilin fevral-iyun aylarında 2000–2000 arası edam olunan olmuşdur, daha 1000–2000 nəfər həmin ilin dekabrında şəhər yenidən işğal olunanda edam olunmuşdur; Rostov-Donda 1920-ci ilin yanvarında təxminən 1000 nəfər; Odessada 1919-cu ilin may-avqustunda 2200 nəfər, 1920-ci ilin fevralı ilə 1921-ci ilin fevralı arası 1500–3000 nəfər; Kiyevdə 1919-cu ilin fevral-avqustunda ən azı 3000 nəfər; Yekaterinodarda 1920-ci ilin avqustu ilə 1921-ci ilin fevralı arası ən azı 3000 nəfər; Kubandakı balaca şəhər Armavirdə 1920-ci ilin avqust-oktyabrında 2000–3000 nəfər. Bu siyahını getdikcə uzatmaq olar.Black Book, page 106

General Pyotr Nikolayeviç Vrangelin 1920-ci ilin sonunda məğlubiyyətindən sonra Leninin Krıma, Bela Kunilə gəlişiDonald Rayfield. Stalin and His Hangmen: The Tyrant and Those Who Killed for Him. Random House, 2004. ISBN 0-375-50632-2 p. 83 ilə cəmi 50.000 hərbi dustaq və mülki şəxs güllələnməklə və ya asılmaqla edam edildi. Onlara təslim olacağı təqdirdə amnistiya vəd olunmuşdu. Bu, Vətəndaş Müharibəsinin ən böyük kütləvi qırğınlarından biri sayılır.

1919-cu ilin 16 martında Tsekanın bütün hərbi qüvvələri vahid "Respublikanın Daxili Müdafiə Qüvvələri" adı ilə birləşdirildi, hansı ki, 1921-ci ildə sayı 200.000 nəfər idi. Bu qüvvələr əmək düşərgələrinə nəzarət edir, Qulaq sisteminə işləyir, qida tələbatını qarşılayır, kəndli üsyanlarını, fəhlə iğtişaşlarını, fərarilər tərəfindən bezdirilmiş Qırmızı Orduda qiyamları yatırdırdılar.Nicolas Werth, Karel Bartošek, Jean-Louis Panné, Jean-Louis Margolin, Andrzej Paczkowski, Stéphane Courtois, The Black Book of Communism: Crimes, Terror, Repression, Harvard University Press, 1999, hardcover, 858 pages, ISBN 0-674-07608-7

Bolşevik hökuməti üçün Qırmızı Terrorun əsas təşkilatçılarından biri 2-ci dərəcəli Ordu Komissarı əsl adı Kyuzis Peteris olan Yan Karloviç Berzin (1889–1938) idia b c d e Suvorov, Viktor, Inside Soviet Military Intelligence, New York: Macmillan (1984). O, Oktyabr İnqilabında iştirak etmiş, sonra Tsekanın mərkəzi aparatında işləmişdir. Qırmızı Terror zamanı Berzin fərariliyin və digər "satqınlıq və sabotaj" hərəkətlərinin dayandırılması üçün əsir götürülməsi və onların güllələnməsi təşəbbüsünü göstərirdi. Latviya Qırmızı Ordusunun (sonralar 15-ci Ordu) xüsusi departamentinin rəisi Berzin 1921-ci ilin martında Kronştadtda Rusiya dənizçilərinin qiyamının yatırılmasında rol oynamışdır. Ö, özünü xüsusən, dənizçilərin təqibində, əsir alınmasında və bu əsirlərin güllələnməsində fəal göstərmişdir.

Repressiyalar

Kəndlilər Tsekanın Daxili Qüvvələri və Qırmızı Ordu kəndlilərin güclü səfərbər olunmuş qüvvələrinin fərarilərinə münasibətdə tez-tez əsir götürülməsi və onların edam olunması kimi terror taktikalarından istifadə edirdi. İnanılır ki, 1919–1920-ci illərdə 3 milyondan çox fərari Qırmızı Ordu tərəfindən öldürülmüşdür. Tseka qüvvələri və döyüş fərariləri üçün yaradılmış xüsusi qüvvələr tərəfindən 1919-cu ildə təxminən 500.000, 1920-ci ildə isə 800.000-ə yaxın fərari həbs olunmuşdur.^ a b c d e f g h Nicolas Werth, Karel Bartošek, Jean-Louis Panné, Jean-Louis Margolin, Andrzej Paczkowski, Stéphane Courtois, The Black Book of Communism: Crimes, Terror, Repression, Harvard University Press, 1999, hardcover, 858 pages, ISBN 0-674-07608-7 Minlərlə fərari öldürülmüş və onların ailələri əsir götürülmüşdür. Leninin göstərişlərinə əsasən,

"Fərarilərə geri qayıtmaları üçün nəzərdə tutulmuş 7 günlük son müddət başa çatdıqdan sonra insanları məcbur etmək məqsədilə bu islaholunmaz xainlərə cəzalar artırılmalıdır. Onlara hər hansı yolla kömək edən hər bir nəfər və ailələri girov hesab olunur və müvafiq cəzalandırılır".

1918-ci ilin sentyabrında Rusiyanın yalnız 20 əyalətində 48.735 fərari və 7.325 quldur həbs olunmuş, 1.826-sı öldürülmüş, 2230-u edam olnmuşdu. Tseka departamentinin tipik raportunda deyilir:

"Yaroslavl vilayəti, 1919-cu il, 23 iyun. Petropavlovskaya volostunda fərarilərin qiyamı yatırılmışdır. Fərarilərin ailələri girov götürülmüşdür. Biz hər ailədən bir nəfəri güllələməyə başlayanda Yaşıllar meşədən qaça-qaça gəlib təslim oldular. Nümunə üçün 34 fərari güllələndi."