Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir.
Haqqında Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünyaşöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
İstinadlar
Mənbə
Həmçinin bax Qırıxlı məhəlləsi Qazaxlar məscidi Dördyol məhəlləsi
Xarici keçidlər Gəncə - Qədim Sofulu məhəlləsi / Kəpəz Tv
Kateqoriya:Gəncə məhəllələri