Vladimir İosifoviç Rautbart (; 3 aprel 1929, Nikolayev, Ukrayna SSR, SSRİ — 26 iyul 1969, Moskva, RSFSR, SSRİ) — sovet aktyoru və rejissoru, teatr pedaqoqu, RSFSR əməkdar artisti (1958).

Həyatı

Vladimir İosifoviç Rautbart 3 aprel 1929-cu ildə anadan olmuşdur. Fəaliyyətinə Omskda yerləşən dram teatrında başlamışdır. Bu teatrda o, özünü istedadı ilə yerli tamaşaçılara tanıda bilmişdir. Rautbart 30 yaşında Moskvaya köçür. Orada Puşkin adına Moskva dram teatrında, Moskva Satira teatrında, Qoqol adına teatrda işləyir. Sonralar isə fəaliyyətini "Moskonsert"də davam etdirir.

Vladimir Rautbart arası kəsilmədən öz səhnə obrazı üzərində işləyir, teatrda səhnə sınaqları aparır, özünün sınaq tamaşalarını səhnəyə qoyur, Teatr İncəsənəti Dövlət İnstitutunda müəllim kimi çalışır. Tez-tez ədəbi proqramlarda çıxış edir və çalışdığı institutun tələbələrini burada iştiraka cəlb edir.

Vladimir Rautbart kinoda çox az çəkilmişdir. O, "Yeddi dayə"də gülməli dirijor, ""I" əməliyyatı"nda professor rolunu oynayır. Həmin filmdəki epizodda o, Viktor Pavlov və Valeri Nosiklə birlikdə imtahan səhnəsini ifa etmişdilər. Bu roldan sonra o, hər bir yerdə tanınmağa başladı.

Vladimir İosifoviç Rautbart 26 iyul 1969-cu ildə vəfat etmişdir.

Şəxsi həyatı Həyat yoldaşı — Emma Moiseyevna — aktrisa, pedaqoq, Moskva şəhərinin müəllimlər klubunun təşkilatçısı.

Uşaqları — Aleksandr və Yelena.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol1962 Sağlıqlar necə yaranır? sərxoş əməkdaş1962 Yeddi dayə dirijor1963 Səma onlara tabe olur Vladimir Petroviç1963 Qısa hekayələr pan Kovalski1964 Yaşıl işıq gürcü alim1964 Süleymandaşlı qolbaq Alberto Prasterdi1965 "I" əməliyyatı və Şurikin başqa macəraları professor

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Ukraynada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin müəllimləri