Elmira Həbibulla qızı Şahtaxtinskaya () — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi.М. Тарланов – Эльмира Шахтахтинская, Баку, 1969

Həyatı Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.Elmira Şaxtaxtinskaya. Kitab – albom (Mətnin müəllifi G. Qacar, tərtibçilər T. Qorçu və A. Sadıqzadə), (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2001

E. Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1963-cü ildə əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.Эльмира Шахтахтинская (каталог выставки), Москва, 1981 Əsərləri

Tarixi şəxsiyyətlərin portreti Digər əsərləri

Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 12 aprel 1963 "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 5 dekabr 1977Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı — anl.az saytı "Şərəf nişanı" ordeni

Həmçinin bax Şahtaxtinskilər "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsi

İstinadlar

Xarici keçidlər Oqtay Sadıqzadə həyat yoldaşı Elmira Şahtaxtinskaya haqqında, "EL" jurnalı Ханум АСКЕРОВА — ПЛАКАТНОЕ ИСКУССТВО ЭЛЬМИРЫ ШАХТАХТИНСКОЙ

Kateqoriya:Şahtaxtinskilər Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan SSR xalq rəssamları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycanın qadın rəssamları Kateqoriya:Azərbaycanın portret rəssamları Kateqoriya:Azərbaycanın peyzajçı rəssamları Kateqoriya:XX əsr Azərbaycan qadın rəssamları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ-nin incəsənət xadimləri