right|thumb|Sonuncu hava maqı filmində Noa Ringer Aanq rolunda

Avatar Aanq (; , Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı.

Avatar işıq və sülh ruhudur. Onun təcəssümü olaraq, Aanq dörd ünüsürün maqıdır və onun rolu dörd millət arasında sülhü saxlamaqdır.

Yaradılması və konsepsiyası

Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə uçan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib:

Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..."

Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). Orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi. Beləliklə, Aanqın yaşı 10-dan 12-yə, Kataranın yaşı 12-dən 14-də, Sokkanın yaşı isə 13-dən 15-ə dəyişdirilmişdi.

Xarakteri

Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin.

Serialın yaradıcılarının sözlərinə görə, Buddizm və Taoizm Avatar üçün böyük ilham mənbəyi idi. Omaşu Kralı və Baş sarğısı seriyalarda göstərilir ki, Aanq vegetariandır. Vegetarianlıq Buddizmdə, Hinduizmdə və Taoizmdə var. Bundan artıq, Aanq Ruhlar Dünyası (Qış gündönümü, hissə 1) və Sozin kometi seriyalarında döyüşməkdən və öldürməkdən çəkilməyə cəhd edir və əvəzinə, danışıqlar aparmağa çalışıb.

Elementlərin magiyası

Aanq Avatar olaraq, dörd əsas elementin (su, torpaq, od, hava) hər birini öyrənməlidir. O, öz doğma hava magiyasını Cənub Hava Məbədində rahib Giyatsodan öyrənmişdi. Bundan yüz il sonra, Katara və Pakku ona su magiyasını öyrədiblər. Tof Bei Fonq Aanqa torpaq magiyasını öyrədib. Hava torpağın əksi olduğuna görə, təlimin başlanğıcında Aanqın çətinlikləri var idi. Od magiyasını öyrənmək də Aanq üçün çətin idi. Bunun səbələrindən biri, Aanqın od elementindən qorxmasıdır. Ona ilk dəfə od magiyasını öyrətməyə çalışan Con Con idi və o zaman, Aanq təsadüfən Kataranı yandırmışdı. Başqa səbəbi isə, müəllimin tapmağı çətin olduğu idi. Axırda, Zuko Aanqı öyrədir.

Qəbulu

2016-cı ildə Screen Rant Aanqı "Tarixin 30 ən yaxşı TV animasiya personajı" siyahısında 15-ci yerə qoyub.

2010-cu ilin filmində Aanqı oynayan Noa Ringer bu rolu üçün demək olar ki, heç təriflənməmişdi. Aanq personajı Şəri Asiya mədəniyyəti təsirinin altında yaradıldığına görə, Ringerin Texasdan olması filmin kastinginə qarşı tənqidinin bir hissəsi idi. Bundan sonra, o öz aktyor karyerasını bitirdi.

Xarici keçidlər

Avatar Vikiyada

İstinadlar

Kateqoriya:Avatar: Aanq haqqında əfsanə cizgi serialın personajları Kateqoriya:Hava və ya küləyi idarə etmək gücünə malik personajlar Kateqoriya:Uydurma yetimlər Kateqoriya:Uşaq superqəhrəmanlar Kateqoriya:Atəş gücünə malik personajlar Kateqoriya:Uydurma müharibə veteranları