Afina Məktəbi () — Rafael Santinin Apostol sarayında yaratdığı əsər. "Afina məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir. Tarixi Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa II Yuli (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir .

"Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir The School of Athens, «Who is Who?» , Michael Lahanas, hellenicaworld.com.

"Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır . Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.

Personajların siyahısıThe School of Athens, «Who is Who?» , Michael Lahanas, hellenicaworld.com thumb|center|1000px

Kitiyalı Zenon və ya Eliyalı Zenon Epikür II Federiko Qonzaqa Boesius və ya Anaksimandr və ya Empedokl Averroes (İbn Ruşd kimi tanınır) Pifaqor Alkiviad və ya Makedoniyalı İsgəndər Antisfen və ya Ksenofon Hipatia (Rafaelin sevgilisinin, Marqaritanın üz cizgiləri) Esxin və ya Ksenofon Parmenid Sokrat Efesli Heraklit (portret Mikelanceloya bənzəyir) Platon Aristotel, Nikomax etikası kitabını əlində tutub Diogen Plotin Evklid Çox güman ki, HipparxPhil Norfleet (c) , digər versiyalarda Strabon və ya Zərdüşt Ptolemey Protoqen R — Apelles (Rafaelin üz cizgiləri)

Fraqmentlər

İstinadlar

Xarici keçidlər

http://www.rafaelsanti.ru/txt/6afschk.shtml

Kateqoriya:1509-cu ildə yarananlar Kateqoriya:1510-cu ildə yarananlar Kateqoriya:Diogen Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Fresko