Benni Urkides (; ) – ABŞ aktyoru, kikboksçusu və horeoqrafdır. Yarışmalarda aktivliyinə görə "Reaktiv" () ləqəbini qazanmışdır.
Həyatı Benni Urkides 20 iyun 1952-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində dünyaya gəlmişdir. Benni Urkidesin anası peşəkar güləşçi, atası isə boksçudur. Valideynləri ispan və hindu əsillidirlər. Bacısı Lilli Rodriges kikboks üzrə məşqçidir. 1958-ci ildə ilk məşqlərinə başlayır. 1973–1993-cü illər kikboksinq yarışması üzrə bir çox döyüş keçirmişdir. Benni Urkides 1978-ci ildə ilin "Ən güclü kikboksçusu" adına layiq görülmüşdür. Həmin ildə ilk dəfə olaraq Muay Tay döyüşçüsünə məğlub olmuşdur. Bu onun ilk məğlubiyyəti idi. 1979-cu ildə isə başqa bir Muay Tay döyüşçüsünə qalib gəlir. 1993-cü ildə son döyüşünü keçirir və həmin ildən başlayaraq Kaliforniyada məşqçi kimi fəaliyyət göstərir. Benni Urkidesin həyat yoldaşı olan Sara kikboks üzrə məşqçidir. Onların Monik adında qız övladı vardır.
Filmoqrafiya İl Film Rol 1981 Beşin qüvvəsi Billi Orteqa 1984 Təkərlər üzərində qəlyanaltı Mondalenin sağ əli 1988 Əbədi əjdahalar Huanın sağ əli 1989 Döyüşçü "Cet" ləqəbli kikboks üzrə dünya çempionu 1990 Əlbəyaxa döyüşün qanunları Tonq Member 1998 Qartallar daxil olurlar Karloff 2007 1402 Manyak
Maraqlı faktlar Benni Urkidesin boyu 1.68 m-dir. Benni Urkides Kenpo, cüdo, ciu-citsu, şotokan karate, taekvondo, kadzukenbo, kendo və kikboksinq üzrə qara kəmərlərə sahibdir. Karatenin yeni növü olan "Ukidokan" stilinin yaradıcısıdır. Bu növ idman Yaponiyanın İdman Federasiyası tərəfindən rəsmi olaraq qəbul olunmuşdur.
İstinadlar
Xarici keçidlər Benni Urkidesin rəsmi saytı
Benni Urkides Stuntactingacademy.com saytında Benni Urkidesin həyatı
Kateqoriya:ABŞ kikboksçuları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ taekvondoçuları