Hacıyev Xanlar Cavad oğlu (27.11.1903, Şuşa – 02.01.1969, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru (1948), professor (1947). Əməkdar elm xadimi, Tibb xidməti general mayoru. İkinci Dünya müharibəsinin iştirakçısı.

Həyatı 1928 – ci ildə Daşkənddə Orta Asiya Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, Tacikistan SSR respublika xəstəxanasının cərrahlıq şöbəsinə ordinator göndərilmişdi. 1945 – 64 – ci illərdə Şimali Osetiya Dövlət Tibb İnstitutunun qospital cərrahlığı kafedrasına rəhbərlik etmişdir. 1964 – cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun operativ cərrahlıq kafedrasının müdiri işləmiş, 1967 – ci ildən ömrünün axırınadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Tədqiqatı, əsasən yatalaq xolesistitləri nəticəsində öd peritonitləri, malyariya splenomeqaliyalarında müşahidə edilən perisplenitlərə, onların patogenezinə, ağciyər exinokokkozuna, endemik ur xəstəliyinə və s. həsr edilmişdir. Kadrlar hazırlanmasında xidməti olmuşdur. 2 Qırmızı Bayraq, Qırmızı Ulduz, 1 – ci və 2 – ci dərəcəli Vətən Müharibəsi ordenləri, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1987, X cild, səh. 154

İstinadlar

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Professorlar Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan cərrahları Kateqoriya:Azərbaycanlı cərrahlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şuşa alimləri