İnsan surəsi () — Quranın 76-cı surəsi.

Haqqında Surənin adı birinci ayədəki "insan" kəliməsindən gəlir. Eyni ayədəki "əd-dəhr" () kəliməsinə görə bəzən də Dəhr surəsi adlandırılır. Məkkə və ya Mədinədə nazil olmuşdur. 31 ayədən ibarətdir. Nazil olma sırası 96-dır. Surədə insanın yaradılış mərhələləri, öhdəlikləri, axirətdəki nemətlər və cəzalar, bunlarla qarşılaşacaq insanların cənnət və cəhənnəm həyatları izah olunur. Şiələr bu surənin Əhli-Beyt haqqında nazil olduğunu iddia ediblər. Surə 243 sözdən ibarətdir.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə surələr Kateqoriya:Mədinə surələri