Çartəpə — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir.

Toponimikası Çartəpə oyk., sadə. Baş Qafqaz silsiləsinin ətəyində, Qusar maili düzənliyindədir. Oykonim çar/çahar (dörd) və təpə (müsbət relyef forması) komponentlərindən düzəlib, "dörd təpə" deməkdir. Kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. 1933-cü ildə Çahartəpə variantında qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Çartəpə kəndinin əhalisi təxminən 700 nəfərdir. XX əsrin əvvələrinə aid evlər var. Bu kəndin tanınmışlarından biri də şair Ramiz Qusarçaylıdır. Onun bir çox əsərləri var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 801 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmışları Ramiz Qusarçaylı (1958) — Şair.

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri