Rustov — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.
Tarixi Qədim tarixə malikdir. İndiki Quba və Şabran rayonlarının ərazisində Şeşpara(Rustov) mahalı yerləşirdi.
Rustov və ya Şeşpara mahalını Quba naibi Vəli bəyin qardaşı Yusif bəy idarə edirdi. Mahalın əhalisi maldarlıq və xalçaçılıq ilə məşğul olurdu. Xalçaçılıq xüsusilə Gəndov, Pirəbədil və Çiçi kəndlərində geniş yayılmışdır. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.
Toponimikası Rustov oyk., sadə. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII–XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mədəniyyəti Böyük mədəniyyətə sahib olan bu qəsəbə Quba–Qafqaz xalçaçılığının inkişafında mühüm rol oynayır. Rustovda XIV əsrə aid məscid yerləşir.
Coğrafiyası və iqlimi Böyük Qafqaz dağlarının ətəklərində yerləşir, mülayim iqlimə malikdir.
Əhalisi Kəndin əhalisini tatlar təşkil edir. Rustov qəsəbəsi tərkibində 12 (oniki) kənd var ki onların əhalisi irandilli qrupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşayır. Tat xalqının ən qədim yaşayış yerlərindən biridir. Rustov tat dilində (rusta) yəni kənd və ya kəndli mənası verir. Tatların öz milli tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Qiyasəddin Qeybullayev (1934–2002) — Professor. Bəşir Səfəroğlu (1925-1969) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti.
İqtisadiyyatı Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olunur. Heyvandarlıqla, bağçılıqla, xalçaçılıqla məşğul olunur.
Həmçinin bax Quba rayonu
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Quba Rustov Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri