Yalan — Qarabağ müharibəsinə həsr edilmiş film.Əliyev, R. "Yalan"ın həqiqətləri barədə düşüncələrim: [Qarabağ müharibəsinə həsr edilmiş eyni adlı film haqqında] //525-ci qəzet.- 2010.- 30 yanvar.- S. 19.

Məzmun Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur.

Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin (Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir.

Film haqqında Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir. Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam. Bu adamların kinodan xəbərləri yoxdur. Ona görə də bilmirlər ki, hər iki filmdə mövzu eynidir, filmlərin oxşarlığı normaldır. Bəzi adamlar mənim işimi gözdən salmaq üçün həmin yazıları sifariş ediblər". Filmdə istifadə etdiyi texniki avadanlığın onu qane etmədiyini qeyd edən filmin rejissoru dedi ki, "Yalan"ı 30 ilin kino avadanlığı ilə ərsəyə gətirib. Elə bu üzdən də yaradıcı heyət kifayət qədər problemlərlə üzləşib. Eyni zamanda, o, ssenariyə müdaxilə etmək məhdudiyyəti ilə üzləşdiyini söylədi: "Çünki "Yalan" dövlət sifarişi ilə çəkilirdi, mən isə yalnız icraçı idim. Amma filmi bitirdikdən sonra gözünün yaşını silə-silə tamaşaçı zalından çıxan adamları gördüm. Deməli, "Yalan" bəyənilib. Amma bu fikirlərimin nə dərəcə həqiqət olub-olmadığını zaman göstərəcək. Çünki tamaşaçıların indi sevə-sevə izlədiyi "Arşın mal alan", "O olmasın, bu olsun" kimi filmlər də vaxtilə tənqid olunub. Amma zaman göstərdi ki, bu filmlər nadir incilərdəndir", – deyə rejissor qeyd etdi. Filmin çəkilişi zamanı Qubanın Susay kəndində aktyorları daşıyan avtomobil qəza təhlükəsinə düşmüşdü. Sürücünün sərxoş olması ucbatından son məqamda aktyor Təvəkkül İsmayılov avtomobildən tullanaraq sol dabanını sındırmışdı. İlk əvvəl çəkilişlərə köhnə pulla 1 milyard manat ayrılmışdı, sonradan 100 milyon manat da əlavə olunub.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Orxan Fikrətoğlu Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Nizami Bəydəmirov Bəstəkar: Aydın Əzim Kərimoğlu Səs rejissoru: Əsəd Əsədov Rejissor: Yusif Əlizadə Operator: Elxan Novruzov Montaj edən: Nisə Hacıyeva Geyim rəssamı: Afaq Ələsgərova Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Elman Əliyev Sinxron səslər: Əliqulu Səmədov, Eldəniz Rəsulov Səs üzrə təcrübəçi rejissor: [ağı Babayev Səs üzrə mühəndis: Mehman Nadirov Musiqi redaktoru: Rauf Əliyev Redaktor: Vaqif Məmmədov Rejissor assistenti: Vüqar Əhmədov, Cəlalə Əzizbəyli, Xədicə Qarayeva Operator assistenti: Hakim Ağayev, İlham Babayev İşıqçı: Əli Abbasov, Ceyhun Talıbov, Kamal Sadıqov İnzibatçı: Rafiq Musayev, Elbrus Ələkbərov Hərbi məsləhətçi: Nizami Əliyev (polkovnik) İcraçı prodüser: Akif Musayev Prodüser: Xamiz Muradov

Rollarda Vidadi Həsənov — Yavər Gülşad Baxşıyeva — Nisə Təvəkkül İsmayılov — Səfər Ayşad Məmmədov — komandir Elçin Əhmədov — Vasif Günel Məmmədova — Nərgiz Əzizağa Əzizbəyli — Dıbış Lətifə Əliyeva — Məsmə Arzu Muradova — Fatma Sona Mikayılova — Tükəzban Fərman Abdullayev — Mətiş Vidadi Əliyev — Mərdan Ramiz Əzizbəyli — Yaqub Cəfər Namiq Kamal — Mamaoğlu Qurban İsmayılov — komendant Azad Şükürov — arabaçı Əli Telman Əliyev — andır satan Qəmər Məmmədova — falçı Gülşən Quliyeva Mahirə Yaqubova — xəzinədar qadın Mahi Səfərova Kübra Dadaşova — sərnişin Vahid Əliyev — alverçi Pərviz Məmmədrzayev — çavuş Mirzəyev Amin Novruzov — atraksiondakı kişi Günel Mövlud Cümşüd Zeynalov — əsgər A.Musayev Məhərrəm Musayev Elman Əliyev Rəzzaq Məmmədov E.Salahov Xatirə Qarayeva F.Ağayev N.Namiqqızı E.Abbasov H.Babayev Kamran Elnur Məmmədov S.Əliyev K.Həsənov E.Sultanov N.Hacıyev E.Həsənov O.Əliyev C.Zeynalov Vüqar Hacıyev

Filmi səsləndirənlər Eldəniz Rəsulov — atraksiondakı kişi (Amin Novruzov) (titrlərdə yoxdur) Ramiz Məmmədov — fotoqraf (titrlərdə yoxdur) Şövqi Hüseynov — Vasif (Elçin Əhmədov) (titrlərdə yoxdur) Rasim Balayev — Yavər (Vidadi Həsənov) (titrlərdə yoxdur)

Sponsor Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

Seçilmiş sitatlar Yavər: Ay xanım, sizdə Rusiyətə bilet varmı? Bilet satıcısı: Yox, biz ancaq Azərbaycanın daxilinə bilet satırıq.

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Ramiz Əzizbəylinin filmləri Kateqoriya:2005-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Xaçmazda çəkilən filmlər Kateqoriya:Füzulidə çəkilən filmlər