Azərbaycanın şuralaşmasının birinci ildönümü qısametrajlı sənədli filmi 1921-ci ildə Azərbaycan XMK-nın Foto-Kino Şöbəsində istehsal edilmişdir. Burada 1920-1921-ci illərin hadisələri : Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır.
Məzmun Kinoreportaj. Burada 1920-1921-ci illərin hadisələri: Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır. Tribunada Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov əmək qabaqcıllarına keçici Qırmızı Bayraq təqdim edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 10
Filmin üzərində işləyən Operator: Kosiçkin
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17.
Kateqoriya:1921-ci ilin Azərbaycan filmləri