Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) () — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri.

Həyatı Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlib. Atası pişkah Məmməd Xələf oğlu yelkənli gəmidə işləyirdi. Hüseyn Ərəblinski azyaşlı olarkən atası dəniz fırtınasında batmışdı. Ərəblinskinin həyatı hələ uşaq yaşlarından ehtiyac və maddi sıxıntılar içində keçmişdi. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi böyük çətinliklə saxlamasına baxmayaraq, Hüseyni təhsil alması üçün mollaxanaya qoyub. O, mollaxanada Molla Hadinin yanında təlim almışdır. Hüseyn Ərəblinski 12–13 yaşınadək mollaxanada oxumuş, lakin sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə mollaxanadakı təhsilini yarımçıq qoymağa məcbur olmuşdu. 200px|thumb|left|Hüseyn Ərəblinski və M. M. Kazımovski (məktəb dostları)

Ərəblinski 14 yaşlarında ikən "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını məktəbə pulsuz götürdüyündən xəbər tutub oraya daxil olmaq üçün müraciət edib. Həbib bəy Mahmudəbəyov Hüseyni məktəbə qəbul etməklə bərabər, onun maddi cəhətdən çox yoxsul olduğunu nəzərə alıb, kitab və başqa dərs ləvazimatı xərcini də öz üzərinə götürüb. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib. O, məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilib, məhz o illərdə teatrla tanış olub. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.

"Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi" adlı kitabda isə belə qeyd olunub ki, Hüseyn Ərəblinski səkkiz yaşında axund Molla Hadinin yanında altı il təhsil almış, daha sonra Sultan Məcid Qənizadənin himayəsində olan üç şöbəli məktəbinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Mixaylovski məktəbinin üçüncü şöbəsinə qəbul olunmuşdur.

Fəaliyyəti

Teatr və kino fəaliyyəti 230px|thumb|right|Hüseyn Ərəblinski bu fotonu 1909-cu il sentyabrın 28-də Rəhim bəy Məlikova yadigar vermişdir. Orijinalı Rəhim bəyin oğlu İsmayıl Məlikovun ailə albomunda saxlanılır. 200px|thumb|right|Hüseyn Ərəblinskinin Murad Muradova məktubu Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur.

Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Hüseyn Ərəblinskinin teatra ilk dəfə gəlməsi də həmin dövrə təsadüf edir. Ancaq sonralar teatr tariximizdə ən yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış. Ərəblinski o zaman səhnəyə birinci dəfə mehtər Kərimin rolunda çıxmışdı. Sonralar Hüseyn Xələfov özünü gizlətmək və təqiblərdən yaxa qurtarmaq məqsədilə "Ərəblinski" ləqəbini qəbul etdi.

Bundan sonra, o, 1897-ci ildən 1900-cü ilədək yalnız kiçik rollarda çıxış edir. Ərəblinskinin ailəsi çox böyük maddi ehtiyac içində idi. Buna görə o, otağını Mariya İvanovna İvanovaya icarəyə verir. Sonralar həmin qadın Ərəblinskinin yaradıcılıq inkişafına çox böyük təsir göstərmişdir. Belə ki, onun yardımı ilə Ərəblinski rus dilini mükəmməl öyrənmişdir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903–1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir.

Belə ki, Müsəlman Artistləri Cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedir. Bu, teatr tarixində ilk qastrol idi. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyev truppanın rejissoru, Murad Muradov isə inzibatçısı idi. Əbülfət Vəliyev mahir aktyor və rejissor idi. O, sonralar Ərəblinskinin istedadına valeh olub rejissorluq və aktyorluq fəaliyyətində onun yolu ilə getmişdir.

Əbülfət Vəliyevin başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayırlar. Onlar Lənkəranda "Müsibəti-Fəxrəddin" və "Pulsuzluq" pyeslərini tamaşaya qoymalı idilər. Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalır – tamaşaya bir-iki saat qalmış məlum olur ki, Ərəblinski bəzi xatirələrə görə, Rüstəm bəy, bəzi xatirələrə görə isə xəstə olan aktyoru əvəz edərək Fəxrəddin rolunu oynamışdır.

O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynadı. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edir. Tezliklə teatr ictimaiyyətində aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor və aktyor kimi dəvət alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir və aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan isə mövhumatı təbliğ edən əsərləri çıxarır. Rus dramaturgiyasının ən gözəl nümunələri — L. Tolstoy, Turgenev, Qoqol və s. — Azərbaycan səhnəsində tamaşaya qoyulmağa başlanılır, rus səhnəsinin sənətkarları ilə sıx yaradıcılıq əlaqəsi yaradılır.

Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Azərbaycanın ilk peşəkar aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə idi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.

Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Bütün bunlara baxmayaraq, Hüseyn səhnəni hər şeydən uca tuturdu. Və bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə görürdü.

180px|thumb|left|19 fevral. Bakıda "Revizor" ("Müfəttiş")" tamaşasının afişası

Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi. O, Qoqolun "Revizor" ("Müfəttiş") komediyasını tamaşaya qoymuş, həmçinin Şillerin "Qaçaqlar" əsərinin quruluşunu verməklə bərabər, Frans Moorun rolunu müvəffəqiyyətlə ifa etmişdir. Müasirlərin dediklərinə əsasən, rus aktyorları və xüsusən Bakıdakı rus teatrının rejissoru Valentinov Azərbaycan səhnəsində "Qaçaqlar"a tamaşa etdikdən sonra Frans rolunu rus səhnəsində də ifa etməyi Ərəblinskiyə təklif etmişdilər.

Bakıya qastrola gəlmiş rus teatrı Lanskoyun "Qəzavat" pyesini tamaşaya qoymuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu rus tragiki Şorşteyn ifa edirdi. Ərəblinski bu pyesə tamaşa etdikdən sonra onu Azərbaycan dilinə tərcümə etməyi Əbdürrəhim bəy Haqverdiyevdən xahiş etdi. "Qəzavat" pyesi ilk dəfə 1908-ci ildə Ərəblinskinin benefisinə olaraq oynandı. Bu haqda "Kaspi" qəzeti yazırdı:

180px|thumb|right|20 dekabr. Bakıda "Qəzavat" tamaşasının afişası

Ərəblinski ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olmuşdur:

Ərəblinski tarixi surətlərin yaradılmasında da mühüm rol oynamışdır. Baxmetvin "1812-ci il" adlı pyesində Napoleon surəti və Volterin "Sultan Osman" pyesində Sultan Osmanın surəti Azərbaycanda birinci olaraq Ərəblinski tərəfindən yaradılmışdır. Hüseyn Ərəblinski həm Azərbaycan realist səhnə sənətinin, həm də Azərbaycan kino incəsənətinin banisidir.

Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır: Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello.

Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəyi oynamışdır.Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

1949-cu ildə Cəfər Cəfərov aktyorun qətlinin 30 illiyi münasibətilə "Hüseyn Ərəblinski" kitabçasını nəşr etdirmişdir. Əsər 1950, 1959, 1961-ci illərdə təkrarən nəşr olunmuşdur. Ərəblinski haqqında bəzi tədqiqat əsərləri və bir neçə bədii əsər yazılmışdır. Ərəblinksi Azərbaycan dramaturgiyasının təbliğatçısı idi. O, "Bəxtsiz cavan", "Müsibəti Fəxrəddin", "Ağa Məhəmməd şah Qacar", "Nadir şah", "Bahadır və Sona" və "Ölülər"i ifa etmişdir.

Eyni zamanda, Ərəblinskinin ən böyük xidmətlərindən biri də rus və Qərbi Avropa dramaturgiyasından geniş istifadə etməsi olmuşdur. Molyerin, Şillerin, Şekspirin, Heynenin və Volterin ilk dəfə başlıca olaraq tanınmasında Ərəblinskinin əvəzsiz rolu olmuşdur. Ərəblinskinin sevimli rolları içərisində klassik və müasir rus pyeslərinin qəhrəmanları, o, cümlədən, Xlestakov ("Müfəttiş"), Naxman ("Yəhudilər"), Əhmədbəy Şamxal ("Qəzəvat"), Napoleon ("1812-ci il") da mühüm yer tuturdu. Təkcə Qərb və Rusiya deyil, Şərq də Ərəblinskinin repertuarında əsaslı yer tuturdu.

"Kavə", "Vətən", "Nacibəy", "Akif bəy", "Bəxtsiz cavan", "Bəxtsiz igid", həmçinin Heynədən tərcümə edilmiş "Əlmənsur" tamaşalarında rol almışdır. Ərəblinskinin ən şöhrətli rollarından biri də Nadir şah idi. "Zakavkazye" qəzetində çap edilən bir resenziyada deyilir:

Xələfovun birinci dəfə səhnəyə çıxması 1897-ci ildə olmuşdur. O zaman Bakıda, tamam Qafqazda türk səhnəsi və ya müntəzəm aktyorlar dəstəsi yox idi; ancaq həvəskarlar tərəfindən yoxsul tələbələrə ianə toplamaq məqsədilə ildə bir-iki dəfə teatr tamaşası verilirdi. Səhnəyə dair əlbisə və s. ləvazimat tədarükü Xələfov çox çalışırdı. Həmin 1897-ci ildə Novruz bayramı münasibətilə Mirzə Fətəli Axundovun "Xan Sərabi" adlı komediyası oynanılmışdı.

Hüseyn Ərəblinskinin qastrol səfərləri 1906–1908-ci illərdən sonra Ərəblinski Azərbaycan sərhədlərindən uzaqlarda da öz fəaliyyətini nümayiş etdirməyə başlamışdı. O, ilk dəfə Dərbənd və Aşqabad şəhərlərinə, habelə İrana qastrola getdi. Dərbənd və Aşqabadda xoş qarşılansa da, "Ağa Məhəmməd şah Qacar" pyesi birinci dəfə tamaşaya qoyulduqdan sonra Ərəblinskinin çıxışı qadağan olundu, çünki Ərəblinski İran şahını qan içən bir müstəbid kimi ifa edirdi.

1906-cı ildən 1919-cu ilədək Hüseyn Ərəblinski hər il qastrola getmişdir. Ərəblinskinin bu qastrollarından da Azərbaycan səhnəsi üçün aktrisalar tapmaq idi. O, hara gedirdisə ən əvvəl aktrisalarla tanış olur və onları Azərbaycan səhnəsində işləməyə dəvət edirdi. Azərbaycan SSR Xalq artisti Mərziyyə Davudova Azərbaycan səhnəsinə Hüseyn Ərəblinski tərəfindən cəlb edilmişdi. Ərəblinski Mərziyyə Davudovayla 1918-ci ildə Həştərxanda tanış olmuş və onu Azərbaycana gəlmək üçün həvəsləndirmişdir.