Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası.

Həyatı 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü.

Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi. Eyni ildə "Gümbür Gümbür Gülbəncə" televiziya proqramını aparmağa başladı.

"Uçacaqsın", "Gülbən Ərgən", "Aşk hiç bitməz" albomlarını satışa çıxardı. Ən sonuncu albomu 2009-cu ildə çıxan "Uzun yol şarkıları" albomu oldu. Bu albomdan "Giden günlerim oldu" mahnısı Türkiyədə ən çox dinlənilən mahnı seçildi. Mustafa Ərdoğanla evlidir. Üç uşağı var. Gülbən hal-hazırda İstanbulda yaşayır.

Albomları

6 albom və 1 sinqlı vardır.

Merhaba (1996) Kör Âşık (1999) Sade ve Sadece (2002) Uçacaksın (2004) 9+1 Fıkır Fıkır (2005) Gülben Ergen (2006) Aşk Hiç Bitmez (2008)

TV Serialları

Hanımın Çiftliği (1990) Fırat (1994) Marziye (1998-2000) Dadı (2000-2002) Hürrem Sultan (dizi) (2002-2003) Gönül (2006)

Mənbə

Gülbən Ərgən - fotosessiya

Xarici keçidlər

Şəxsi vebsaytı Resmi Gülben Ergen Fan Club Resmi Gülben Ergen Avrupa Fan Club Fan Sitesi Fan sitesi TurkPop.com

Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları