Balakən rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Mərkəzi Balakən şəhəridir.
Tarixi Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.Районы Азербайджанской ССР. — Белоканский район, стр. 34. // Президиум Верховного Совета Азербайджанской ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Баку: Азербайджанское государственное издательство "Азернешр", 1961, 278 стр. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 853. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.
Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.
XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir.
Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar.
XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur.
Çar Rusiyası dövründə thumb|250px|right|Balakən şəhərində park 1783-cü ildə bağlanmış Georgiyevsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi.
1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general Pavel Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: "Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır". Lakin bu bölgənin – Car-Balakənin tabeliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir.
XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur.
Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş, Qallacovlar nəslindən olan Qallacov Abdulla tərəfindən öldürülür. Qallacov Abdullanın bu iki şəxsi öldürməsində səbəb isə bu tikintinin bünövrəsini qoyan şəxsin, onun öz qaynının olması idi. Onun qaynı Qallacov Georgiyə (xristianlığı qəbul etdikdən sonra bu adı alır) ruslar tərəfindən dinindən dönmək və Balakənin mərkəzində kilsə tikmək üçün pul təklif olunur. Onun yeznəsi Qallacov Abdullada həmin zamanlarda tanınan və sözü keçən şəxslərdən olduğu üçün Georgi xristianlığın qəbuluna Abdullanın oğullarından başlamaq istəyir. Bu təklifə qəzəblənən Abdulla onu öldürmək istəsə də onu tapa bilmir və bu səbəbdən yüksək rus zabitini və keşişi öldürür. Nəticədə onu edam qərarı gözləsə də iki məcməyi qızıl qan diyəti ödəndikdən sonra o Sibirə sürgün olunur və orada Dizenteriya xəstəliyindən vəfat edir. Bu hadisədən sonra Hacı Murtuz tərəfindən Zaqatalada üsyan qaldırılır. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar. (Həmçinin bax:Qallacov Abdulla)
Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə – kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar.
XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur.
Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərəkatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən Birinci Dünya müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır.
XX əsrdə 1918-ci il 28 mayda Azərbaycanın istiqlalının elan olunması xəbərini Balakən əhalisi bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşıladı. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Doğulduğu torpağın təşəbbüsünü çəkən ziyalılar pisniyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında dahi bəstəkar Ü. Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Xalq Cumhuriyyətinin yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. İkinci dünya müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı orden və medallarla təltif edildi.
Müharibədən sonrakı bərpa illərində Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
XX əsrin 70–80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi.
Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur.
Müasir dövrdə Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991–1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.
Coğrafi mövqeyi Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Təbiəti Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.
Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən xarıbülbül adlı məşhur gül Balakən rayonunda bitir.