Hüseyn ibn Əli (; ) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə.
İmam Hüseyn adı, Əbu AbdullahEl-Mufid, el-İrşad, KumSaid B. Cubeyr, 1428, s. 288. künyəsi ilə məşhurdur.Dairetu’l Maarif Teşeyyü, Ahmed Sadr, Hacı Said Cevadi, Kamuran Fani ve Bahattin Hurremşahi’nin gözetimi altında, c. 2, s. 349–354İbn Sa’d, c. 6, s. 399Ebu’l Ferec İsfahani, s. 51Mufid, c. 2, s. 27. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir.İbn Atiyye, Ahmed, Umdedu't Talib, s. 64. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır.
Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixi və şiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin əsas hadisələrindən biri olaraq sayılmaqdadır. Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına səbəb olmuş və digər tərəfdən zəmanə hakimlərinə qarşı genişmiqyaslı qiyamların başlama səbəbi və ilham mənbəyi olmuşdur. Aşura hadisəsi şiə cəmiyyətinin fərqli zümrə və təbəqələrindəki müxtəlif ədəbiyyat, yazı, şəkil və kitabələrində əsrlərdir özünü göstərir.Hacı Menuçehri, Feramerz, Hüseyin (a.s) (İmam maddesi), Dairetu’l Maarif Bozorg İslami, c. 20, s. 664–665.
İmamlığından əvvəl Doğulması
Hüseyn Mədinədə dünyaya gəlmişdir. Dünyaya gəlmə tarixini bəziləri hicri-qəməri 3-cüKuleyni, el-Kâfi, c. 1, s. 463Şeyh Tusi, Tehzibu’l Ahkâm, c. 6, s. 41; Tusi, 1401, aynı kaynakİbn Abdulbirr, c. 1, s. 392İbn Sa’d, et-Tabakatu’l Kubra, hamise, 1, s. 369Şeyh Mufid, el-Muknie, s. 467El-Muvaffak b. Ahmed el-Harezmî, Mektelu’l Hüseyin (a.s), c. 1, s. 143., bəziləri isə 4-cüYakubi, c. 2, s. 246Dulabi, s. 102, 121Ahmed b. Yahya el-Belazuri, Ensabu’l Eşraf, c. 1, s. 404Muhammed b. Cerir Et-Taberi, Tarihu’l Umem ve’l Muluk (Tarihi Taberi), c. 2, s. 555Şeyh Mufid, el-İrşad, c. 2, s. 27Ali b. El-Hüseyin el-Mesudi, et-Tembih ve’l Eşraf, s. 213. il olaraq qeyd ediblər. Lakin tarixçi və mühəddislər arasında məşhur olan nəzər Hicrətin 4-cü ilində dünyaya gəldiyi istiqamətindədir. Hansı gün dünyaya gəldiyi mövzusunda müxtəlif iddialar var. Məşhur nəzərə görə, Şaban ayının 3-də dünyaya gəlmişdir.Meclisi, c. 44, s. 201Şeyh Mufid, Mesaru’ş Şia, s. 61Muhammed b. El-Meşhedi; el-Mezar (el-Kebir), s. 397Şeyh Tusi, Misbahu’l Müctehit, s. 826 ve 828Seyyid İbn Tavus, İkbalu’l A’mal, s. 689–690
İbn Sədin yazdığına görə, Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Ümmü Fəzil Məhəmmədin əmri ilə Hüseynin dayəliyini etmiş və beləliklə Hüseyn Qusam ibn Abbasın süd qardaşı olmuşdur.İbn Sa’d, C. 6, s. 400–401.İbn E’sem Kûfi, el-Futuh, c. 4, s. 323İbn Hambel, Müsnedi Ahmed, c. 6, s. 340Muhammed b. Ahmed Dulabi, ez-Zeriyyetu't Tahire, s. 106
Nəsəb, Künyə və ləqəbləri Adının qoyulması
Şiə rəvayətlərinə görə, Məhəmməd hələ Hüseyn üçün bir ad təyin olunmadan əvvəl onun üçün Hüseyn adını Allahın əmri ilə ona qoymuşdur.İbn Babıveyh, İlelu’ş Şerai, Necef, 1385 - 1386, c. 1, s. 137–138Tusi, el-Emali, s. 367 - 368. Buna görə Məhəmməd hər kəsə elan edərək belə buyurmuşdur: "Mən bu iki övladımın adlarını Həsən və Hüseyn qoymaqla əmr olundum."İbn Şehri Aşub, c. 3, s. 397el-Amuli, İbn Hatem, Ed-Durru’n Nezim, Kum, Camietu’l Müderrisin, s. 776Erbili, Ali b. İsa, Keşfu’l Gumme, Tebriz, Mektebetu Beni Haşim, 1381, c. 1, s. 525, "Harun iki oğulunun adını Şubbər və Şubeyr qoydu və mən də bu iki övladımın adlarını Harunun uşaqlarına qoyduğu adların eynisi olan Həsən və Hüseyn olaraq qoyuram."Şeyh Saduk, İlelu’ş Şerai, s. 138İbn Asakir, Tarihi Medinetu Demeşk, c. 13, s. 171.
Bəzi rəvayətlər Həsən və Hüseyn adlarının cənnət adlarından olduğu və İslamdan əvvəl istifadə olunmadığı istiqamətindədir.İbn Sa’d, Usdu'l Gabe fi Marifeti's Sahabe, c. 2, s. 10.
Künyələri
Hüseyn dünyaya gəldiyi zaman Məhəmməd tərəfindən künyəsi Əbu Abdullah olaraq qoyulmuşdur.Allame Meclisi, Biharu'l Envar, c. 44, s. 251İbn Ebi Şeybe, el-Müsennef fi'l Ahadisi ve'l Asar, c. 8, s. 65İbn Kuteybe, el-Mearif, c. 1, s. 213Tabarani, c. 3, s. 94Mufid, el-İrşad, c. 2, s. 27 Ancaq Huseybi Hüseynin şiələr yanında künyəsinin Əbu Əli olduğunu iddia etmişdir. Əbuş-Şühəda (şəhidlər atası), Əbul-Əhrar (azadlar atası) və Əbul-Mücahidin (mücahidlərin atası) Hüseynin digər künyələrindəndir.
Ləqəbləri
Hüseynə çox sayda ləqəb nisbət verilmişdir. Bu ləqəblərin əksəriyyətində qardaşı Həsənə verilən ləqəblərlə müştərəkdirlər. Hüseynin məxsusi ləqəbləri bunlardan ibarətdir: Zəki, Tayyib, Vafi, Seyid, Mübarək, Nafi, əd-Dəlilu alə zatullah (Allahın varlığına dəlil), Raşid, ət-Tabiu Li-Mərzatillah (Allahın razılığına tabe olan).İbn Ebu’s Selc, s. 28İbn Talha Şafii, s. 2, s. 374.İbn Şehri Aşub, Menakıbı A'li Ebi Talib, c. 4, s. 86.
İbn Təlhə Şafei Hüseynin "Zəki" ləqəbinin digər ləqəblərindən daha məşhur olduğunu, "Seyyidi Şəbabi Əhli-Cənnət" (Cənnət gənclərinin ağası) ləqəbinin isə onun ən əhəmiyyətli ləqəbi olduğunu ifadə etmişdir. Şiə imamlarının bəzi hədislərində isə Hüseyn "Şəhid" və "Seyyiduş-Şühəda" (Şəhidlərin ağası) ləqəbləri ilə xatırlanmışdır.Himyeri, s. 99–100İbn Kuvleveyh, s. 216–219Tusi, 1414, s. 49–50Meclisi, c. 37, s. 94–95
Məhəmmədin yanında
Hüseyn Məhəmməd vəfat etdiyi zaman uşaq idi. Ancaq uşaq olmasına baxmayaraq, Məhəmmədin Əhli-beyti ilə birlikdə İslam tarixinin əhəmiyyətli hadisələrində iştirak etmişdir: Nəcran Xristianları ilə Mübahilə, Kisa Səhabələri hadisəsi, Məhəmmədə beyət və məktub yazılışına şahid olması və s.
İbn Səd Hüseyni Məhəmmədin "vəfat etdiyində uşaq olan və Onun heç bir döyüşlərinə qatılmayan zümrə olan" beşinci təbəqə səhabələrindən saymışdır.İbn Sa’d, Aynı kaynak, c. 6, s. 399. Hüseyn təxminən 6 il 8 ay Məhəmmədin həyatı dövründə yaşamışdır.
Özü hər vaxt Məhəmmədin söhbət və inayətini görmüşdür. Məhəmməddən nəql edildiyinə görə o belə buyurmuşdur: Şübhəsiz Həsən və Hüseyn cənnət gənclərinin ağasıdır.Müessese Kelimatu’r Resulu’l A’zam, el-Mücelledu’s Sadis, Kitabu’l Hasaneyn (a.s) ve kitabu Ehlibeyt (a.s), s. 22, Şerhi Ahbar, 74,3, h. 995’den naklen.
Yəla Əmiri Məhəmməddən belə rəvayət etmişdir: Hüseyn məndəndir və mən də Hüseyndənəm; Allah onu sevəni sevsin. Həsən və Hüseyn peyğəmbər övladlarındandır.Ahmed b. Hambel, c. 4, s. 172Hâkim Nişaburi, c. 3, s. 177el-Kazvini, Muhammed b. Yezid, Süneni İbn Mace, c. 1, s. 51
Salman Farsidən nəql edildiyinə görə Məhəmməd Hüseyni dizləri üzərinə oturdar, onu öpər və belə buyurardı: Sən seyid oğlu seyid və seyidlərin atasısan; Sən imam, imam oğlu və imamların atasısan; Sən Allahın höccətinin oğlu və sonuncuları qaim olan doqquz höccətin atası olan höccətsən."Şeyh Saduk, Kemalu’d Din, c. 1, s. 152 və 262Seyyid b. Tavus, et-Teraif, c. 1, s. 174Kummi, Ali b. Muhammed; Kifayetu’l Eser, s. 46Mektelu’l Harezmî, c. 1, s. 146
Salman Farsinin Məhəmməddən nəql etdiyi digər bir rəvayətdə Məhəmməd belə buyurmuşdur: "Ey Salman! Hər kim bunları sevsə, məni sevmişdir və hər kim məni sevsə, Allahı sevmişdir." Sonra əllərini Hüseynin çiyinləri üzərinə qoyaraq belə dedi: "Bu, imam oğlu imamdır. Onun nəsilindən olan 9 imam, əmin və məsumdurlar. Onlardan doqquzuncusu onların qaim (qiyam edən) olanlarıdır.Kummi, Kifayetu’l Eser, s. 45Meclisi, Biharu’l Envar, c. 36, s. 304
Məhəmməd dəfələrlə belə buyurmuşdur: "Həsən və Hüseyn mənim uşaqlarımdır; onları sevən məni sevər, məni sevən Allahı sevər; Allahı sevəni də Allah cənnətə qoyar. Onlara nifrət edən mənə nifrət edər, mənə nifrət edən Allaha nifrət edər, Allah da özünə nifrət edəni cəhənnəmə daxil edər."Tabersi, İ’lamu’l Ver bi-A’lami’l Huda, c. 1, s. 432el-Mukrizi, c. 6, s. 11Harkuşi Nişaburi, Ebu Said, 1424, c. 5, s. 334 Əbu Hüreyrə isə Məhəmməddən belə nəql etmişdir: "Hər kim bu iki uşağımı -Həsən və Hüseyni- sevsə, məni sevmişdir və hər kim onlara düşmənlik etsə, mənə düşmənlik etmişdir."İbn Sa’d, c. 10, s. 266Ahmed b. Hambel, c. 2, s. 440Hâkim Nişaburi, el-Müstedrek, c. 3, s. 166Süneni Tirmizi, c. 5, s. 324
Mənbələrə görə Məhəmmədin Həsən və Hüseynə olan əlaqəsi o qədər çox olmuşdur ki, onların məscidə gəlişi ilə xütbəsini yarıda kəsər, minbərdən aşağı enər və onlara doğru gedərək onları qucağına götürərmiş.Ahmed b. Hambel, c. 5, s. 354Tirmizi, Sünnen, Tahkik, Abdurrahman Muhammed Osman, c. 5, s. 322İbn Habban, Sahih, c. 13, s. 402Hâkim Nişaburi, c. 1, s. 287 Ənəs ibn Malik belə rəvayət etmişdir: "Allah Rəsuluna (s) Əhli-beytindən ən çox kimi sevirsən?,- deyə soruşduqlarında belə buyurdu: "Həsən və Hüseyni."Süneni Tirmizi, c. 5, s. 323
Raşidi xəlifələr
Hüseyn ömürünün təxminən 31-32 ilini Raşidi xəlifələr (Əbu Bəkir, Ömər, Osman, Əli) dövründə keçirmişdir. Əbu Bəkrin xilafətində 7 yaşında, ikinci xəlifə Ömər ibn Xəttabın xilafətində 9 yaşında, üçüncü xəlifə Osman ibn Əffanın xilafətində 19 yaşında, atası, dördüncü xəlifə Əli ibn Əbu Talibin və qardaşı, beşinci xəlifə Həsən ibn Əlinin xilafəti zamanında isə 31-32 yaşlarında olmuşdur.
Əbu Bəkrin xilafəti
Əbu Bəkrin xilafət günləri Əlinin ailəsi üçün fərqli dövrlərin başlanğıcı hesab olunur. Bu dövrdə Əlinin ailəsi bir tərəfdən Məhəmmədi yeni itirdiyindən kədər içində yaşamaqda, bir yandan da xilafət mövzusunda yaşanan ixtilaflar Əlinin ailəsini narahat etməkdə olmuşdur. Mənbələrə görə, Əbu Bəkrin xilafətinin ilk günlərində Hüseyn böyük qardaşı Həsən və anaları Fatimə ilə birlikdə atası Əlinin onlara görə qasb edilən xilafət haqqını geri almaq üçün cəhd göstərmiş və onlarla birlikdə Bədr döyüşünə qatılanların evlərinə tək-tək gedərək onlardan kömək istəyiblər.Ed-Deyneveri, İbn Kuteybe, el-İmamet ve’s Siyaset, c. 1, s. 29–30Tabersi, Ahmed b. Ali, el-İhticac, c. 1, s. 75Allame Meclisi, Biharu’l Envar, c. 22, s. 328
Ömər ibn Xəttabın xilafəti
Hüseynin Ömərin xilafəti dövründə necə və nə şəkildə yaşadığına dair mənbələrdə kifayət qədər məlumat yoxdur. Böyük ehtimalla bunun səbəbi atası Əli və övladlarının bu dövrdə hökumətdən geri planda dayanaraq bir guşəyə çəkilmələrindən irəli gəlir. Bəzi mənbələrdə rəvayət edildiyinə görə Ömərin xilafətinin ilk dövrlərində Hüseyn bir gün məscidə girir və Öməri Məhəmmədin minbərində çıxış edərkən görür. Çıxış sonunda yanına gedərək belə deyir: "Atamın minbərindən aşağı düş və öz atanın minbərində otur!" Bu sözdən sarsılaraq çaşqınlıq keçirən Ömər ona belə deyir: "Atamın minbəri yox idi." Daha sonra onu yanında oturdurEn-Numeyri, Ömer b. Şebbeh, Tarihu’l Medinetu’l Münevvere, c. 3, s. 799İbn Sa’d, et-Tabakatu’l Kubra, c. 1, s. 394Ez-Zehebi, Tarihu’l İslam ve vefeyatu’l Meşahir ve’l A’lam, tahkik, Ömer Abdusselam Tedmiri, c. 5, s. 100İbn Şehri Aşub, el-Menakib, c. 4, s. 40el-Bağdadi, Tarihi Bağdad, c. 1, s. 152 və sonra evinə apararaq ona belə deyir: "Əziz oğlum! Bunu sənə kim öyrədib?" Hüseyn ona cavab olaraq belə demişdir: "Bunu mənə heç kim öyrətməyib."En-Numeyri, c. 3, s. 799İbn Sa’d, c. 1, s. 394–395ez-Zehebi, c. 5, s. 100El-Muttaki el-Hindi, Alâeddin Ali, Kenzu’l Ummal fi süneni’l Akval ve’l Af’al, c. 13, s. 654el-Bağdadi, c. 1, 152
Osman ibn Əffanın xilafəti Hüseyn Osman xilafətə çatanda təxminən 19 yaşında olmuşdur. Bəzi sünni mənbələrində Hüseyn Osmanın xilafət dövründə bəzi istilalara qardaşı -Həsən- Abdullah ibn Abbas, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyr birlikdə Səid ibn Asın komandanlığında təşkil olunan Təbəristan müharibəsinə qatıldığı qeyd olunmuşdur.İbnu’l Fakih, Ahmed b. Muhammed, el-Buldan, tahkik Yusuf el-Hadi, s. 750İbnu’l Cevzi, el-Muntazam, c. 5, s. 7İbn Esir, el-Kamil fi’t Tarih, c. 3, s. 109.