Almas İldırım filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.

Məzmun Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 291

Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur.

Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla "Qızıl Qələmlilər" İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər.

Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ramiz Rövşən, Maarif Teymurov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Eldar Mansurov

İstinadlar

Mənbə Zaur Məhərrəmov. “Şair haqqında film” //Bakı.-1990.- 9 mart. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1991-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1991-ci ilin filmləri Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri