Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır.
Məzmun Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 274-275
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1989-cu ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri