Azərbaycan SSR qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Təbliğat filmi Sovet Azərbaycanının yarım əsrlik yubileyinə həsr olunmuşdur.

Məzmun Təbliğat filmi Sovet Azərbaycanının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Filmdə respublikamızın sənaye, kənd təsərrüfatı, elm və incəsənət sahəsində əldə etdiyi nailiyyətlər öz əksini tapmışdır. Kadrlar Bakıda, Sumqayıtda, Daşkəsəndə, Neft Daşlarında və bir sıra başqa yerlərdə çəkilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 136

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Yusif Səmədoğlu Rejissor: Zeynəb Kazımova Operator: Vladimir Konyagin

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1971-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR haqqında filmlər