Azərbaycana səyahət filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır.
Məzmun Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. Bakının, qədim Gəncənin, kurort şəhəri Şuşanın, respublikamızın dilbər guşələri olan Şəkinin, Qəbələnin, Zaqatalanın turist bazalarında dincəlmək istəyənlər isə film vasitəsilə qiyabi səyahətə çıxa bilərlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 265
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Nüsrət Kəsəmənli Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri