Xoyski Cahangir xan İskəndər xan oğlu () — Azərbaycan hüquqşünası, hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə Şəhər Dumasının deputatı.

Həyatı Cahangir xan İskəndər xan oğlu Xoyski, Sankt-Peterburq Universitetinin hüquq fakültəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907–1909-cu illərdə Gəncə Şəhər İdarəsində hüquq borosunda hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə Şəhər Dumasının deputatı seçilmişdir.

Ailəsi Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd övladı vardı: Əmiraslan xan (1885–1954), Sarabəyim xanım (1888–1942), Sehranbəyim xanım (1892–1964), Teymur xan (1895-?). Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.

İstinadlar

Həmçinin bax Xoyskilər

Kateqoriya:Xoyskilər Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Gəncə Şəhər Dumasının üzvləri