thumb|Mürsəl bəy Sədrəddinbəyov Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov — Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü.

Həyatı Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir.

Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi.

1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər.

Ailəsi Yazıçı Bəhram Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar. Nütvəli bəy Mustafayev, Ələkbər və Niyazi isə Sədrəddinov soyadı daşımışlar.

Mənbə

Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qubernatorları Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin polisləri