Balıqların harayı qısametrajlı sənədli filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır.
Məzmun Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. Film əyani şəkildə göstərir ki, Xəzər və ona tökülən çayların hamısı ekoloji fəlakət həddindədir. Buna baxmayaraq dənizin çirklənməsi gərgin şəkildə davam edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 283
Film xəbərdarlıq edir ki, Xəzər həm də İttifaqın Avropa və Asiya hissəsi üçün yeganə oksigen mənbəyidir. Ona görə də ekologiyanın pozulması insan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Hikmət Seyidov Rejissor: Ramiz Əliyev Operator: Sərdar Vəliyev Bəstəkar: Emin Sabitoğlu
İstinadlar
Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri