Qadağan olunmuş krallıq () — 2008-ci ildə çəkilmiş Amerikan filmidir. Film "The Weinstein Company" və "Lionsgate"-in birgə fəaliyyəti nəticəsində çəkilmiş fantastik macəra filmidir. XVI əsrə aid "Qərbə Səyahət" romanından ilhamlanaraq çəkilən film Ceki Çan və Cet Linin birgə çəkildikləri ilk filmdir.

Məzmun Filmdə Ceyson adlı bir nəfər Kunq-fu filmləri azarkeşidir. O, tez-tez kunq-fu filmlərinin disklərini almaq üçün Çin məhəlləsinə gəlir. Bir gün bir neçə nəfər onu disklərin satıldığı mağazanı qarət etmək üçün onu tutur və yolu göstərməsini istəyir. Onlar mağazanı qarət edəndə mağaza sahibi olan yaşlı adam onlara müqavimət göstərir. Onlardan biri atəş açır və güllə mağaza sahibinə dəyir. Mağaza sahibi Meymun krala məxsus olan əsanı Ceysona verir və onu sahibinə çatdırmağını istəyir. Ceyson əsanı götürüb xuliqanlardan qaçır, yıxılır və qədim Çinə düşür…

Çində əsgərlər ona hücum edir və Lu Yan onu xilas edir. Ceyson Lu Yanla birlikdə bir çayxanaya gedir və Lu ona Nifrit kralının Meymun kralını aldadaraq onu daşa çevirdiyi hekayəni danışır. Lakin Meymun kralı daşa döndüyü vaxtda əsanı uzaq ştatlara atır. Sonra bura əsgərlər gəlir və Ceysondan əsanı almaq istədilər. Lakin Lu Yan onlarla döyüşdü və köməyə Qızıl Sərçə adlı bir qız da onlara kömək etdi. Onlar əsanı vermədilər. Məlum oldu ki, Qızıl Sərçənin ailəsi Nifrit kralı tərəfindən öldürülüb və o qisas almaq istəyir.

Nifrit kralı Ağ saçlı cadugər Ni Çanqı ölməzlik eliksiri əvəzində onu Meymun kralının əsasını almaq üçün göndərir. Ceyson, Lu və Qızıl Sərçə ağ geyimli sakit bir adamla qarşılaşırlar. O, Meymun kralının əsasını oğurlamışdı. Lu onunla döyüşdü və elə bu zaman məlum oldu ki, o, Nifrit kralının adamı deyil, o da Ceyson kimi əsanı sahibinə yəni Meymun kralına aparmaq istəyir. Onlar birlikdə yola çıxırlar. Beş Ünsür dağına gedən yolda Lu və Rahib(Ağ geyimli) Ceysona Kunq Funu öyrətdi. Ni Çanq onları izlədi və onlarla döyüşdə Lu Yan yaralandı. Bu zaman məlum oldu ki, Lu ölümsüz deyil. Yalnız Nefrit kralının ölümsüzlk eliksiri onu xilas edə bilər. Ceyson Meymun kralının əsasını götürür və Nifrit kralına verir. Əvəzində isə ondan ölümsüzlük eliksirin istəyir. Lakin Ni Çanq buna imkan vermir. Nifrit kralına ona söz verdiyini deyir. Bu zaman Nifrit kralı onların bir-biri ilə döyüşməsinə qərar verir. Mükafat: Ölümsüzlük eliksiri. Kim qalib gəlsə, eliksir onundur. Ni Çanq döyüşdə qalib gəlir, amma bu vaxt Rahib, Qızıl Sərçə bura gəlir və Ceysona kömək edirlər. Lu eliksiri içir və ölümsüz olur. Ceyson Meymun kralının əsası ilə onu azad edir və məlum olur ki, Rahib də Meymun kralının klonlaraından biri idi. Döyüş vaxtı Qızıl Sərçə yaralanır. Lu Yan Ni Çanqı qayadan atır və Ni Çanq ölür. Ceyson Nifrit kralını lava olan quyuya atır və o ölür. Ceyson Qızıl Sərçəni də aparır və artıq Nefrit İmperatoru məzunuiyyətdən geri qayıtmışdı. O, Ceysonu öz vaxtına qaytarır.

Ceyson Bostonda ayılır və xuliqanlar yenidən ona hücum edirlər. O, artıq Kunq-funu bilirdi. O, xuliqanları döyür və dərhal yaralanan yaşlı mağaza satıcısının yanına gedir. O salamat idi. O, Ceysona işarə edərək onun Lu Yan olduğunu bildirir. Ceyson elə bu vaxt Qızıl Sərçəyə çox oxşayan bir qız görür. O, Ceysonla söhbətində mağazada işlədiyini bildirir. Mağazanın adı isə "Qızıl Sərçə Çin malları"dır.

Rollarda Ceki Çan~Lu Yan/ Yaşlı Hop/ Sərxoş ölümsüz Cet Li~Rahib, Meymun Kralı Maykl Anqrano~Ceyson Tripitikas, Səyyah Kollin Çou~Nifrit kralı Liu Yi Fei~ Qızıl Sərçə Li Binqbinq~ Ni Çanq, Ağ saçlı cadugar

Həmçinin bax Ceki Çan Cet Li Kunq-fu Liu Yi Fei

Tənqidlər "Rotten Tomatoes" rəy toplayıcı veb saytı bildirir ki, sorğuda iştirak edən 131 tənqidçinin 63%-i filmə müsbət rəy verib, orta reytinqi 6/10-dur. Fikir birliyi belədir: "Film döyüş sənəti əfsanələri Ceki Çan və Jet Linin çoxdan gözlənilən gözqamaşdıran döyüş səhnələrini təqdim edir, amma bəzi yerlərdə çox ağırlaşır."Qadağan olunmuş krallıq Filmi Baxışları - Rotten Tomatoes

İstinadlar

Kateqoriya:Ceki Çanın filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Çin filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:Çinin döyüş filmləri Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:Çin haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Relativity Media filmləri