Qorxu filmləri və ya horror – insanı vahiməyə gətirən bədii filmin janrıdır. Ən məşhur qorxulu filmləri çəkən ölkələr sırasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliya kimi ölkələr daxildir.Kinnard, Roy (1999). Horror in Silent Films: A Filmography, 1896-1929. North Carolina: McFarland. pp. 189–190. ISBN 978-0786407514.

Tarixi "Horror" terminini ilk dəfə fransızlar işlətmişlər. İlk qorxulu film fransız rejissoru Jorj Melyes tərəfindən 1896-cı ildə çəkilən İblisin qəsri filmidir. 1909-cu ildə çəkilən "Cingilti" filmi Rusiyanın ilk qorxulu filmidir.Корнев В. Фильмы ужасов // Философские дескрипты: сб. науч. статей. — Вып. 6. — Барнаул: Изд-во Алт. ун-та, 2007, с. 68-77Дэвид Дж. Скал. Книга ужаса. История хоррора в кино // Амфора, 2009 г., ISBN 978-5-367-00860-9 1910–1940-cı illər arasında "Drakula" və "Frankenşteyn" haqqında ilk vahimə janrında filmlər çəkilir. 1949-cu ildə çəkilən "Yellənən" filmi Hindistanın ilk qorxulu filmidr 1950-1960-cı illər arasında çəkilmiş qorxulu filmlər əvvəlki çəkilən filmlərdən fərqlənir. Çünki bu filmlər psixoloji formada çəkilirdi. Xüsusilə, bu filmləri məşhur ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok çəkirdi. İlk dəfə "Qorxu filmi" janrında yayımlanan serial ABŞ-də 1959-1964-cü il arası çəkilən "Alaqaranlıq zonası" serialı idi.

Məşhur və seçilmiş qorxulu filmlər İl Film Ölkə 1896 İblisin qəsri Fransa 1910 Frankenşteyn ABŞ 1920 Doktor Kaliqarinin kabineti Almaniya 1922 Nosferatu: Qorxunun simfoniyası Almaniya 1925 Opera kabusu ABŞ 1931 Drakula ABŞ 1931 Frankenşteyn Böyük Britaniya 1932 Mumiya ABŞ 1933 Gözəgörünməz adam Böyük Britaniya 1959 Mumiya Böyük Britaniya 1960 Psixo ABŞ 1963 Quşlar ABŞ 1968 Yaşayan ölülərin gecəsi ABŞ 1976 Omen ABŞ 1978 Hellovin ABŞ 1979 Nosferatu: Gecə kabusu Almaniya 1979 Fantazm ABŞ 1980 Parıltı Böyük Britaniya və ABŞ 1980 Qorxunc ölülər ABŞ 1983 Yuxudan qaçma ABŞ 1984 Qarağac küçəsində qarabasma ABŞ 1988 Uşaq oyunu ABŞ 1990 O ABŞ 1998 Zəng ABŞ 2001 Cipers Kripers ABŞ

Qorxulu film personajları Personaj Qeydlər Frankenşteynin bədheybəti Viktor Frankenşteyn tərəfindən yaradılan bədheybət Qraf Drakula Brem Stokerin "Drakula" romanındakı baş mənfi personaj Qraf Orlok "Nosferatu: Qorxunun simfoniyası" filmindəki transilvaniyadan olan vampir personajıdır Freddi Krüger "Qarağac küçəsində qarabasma" film seriyasındakı baş mənfi personaj Cipers Kripers "Cipers Kripers" film seriyasındakı baş mənfi personaj Yırtıcı "Yırtıcı" film seriyasındakı baş mənfi personaj Ceyson Burhiz "Cümə, ayın 13-ü" film seriyasındakı baş mənfi personaj Həkim Hannibal Lekter "Quzuların susması" film seriyasındakı baş mənfi personaj Maykl Mayers "Hellovin" film seriyasındakı baş mənfi personaj Samara Morqan digər adı: "Sadako Yamamura" Pennivayz "O" filmindəki baş mənfi personaj "Çaki" oyuncağı "Uşaq oyunu" film seriyasındakı baş mənfi personaj

İstinadlar

Kateqoriya:Film janrları